Ürəyinizin Xəstə Olduğunu Göstərən 8 Əlamət

Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər başlıca olaraq günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.

Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallar ötürür. Ancaq biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq?

9 AY Medicina.az saytına istinadən ürəyinizin düzgün işləmədiyini göstərən 8 əlaməti sizin diqqətinizə təqdim edir:

1. Qollarda ağrı

Ürək xəstəliyinin ən önəmli əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən sol tərəfdə, qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır.

2. Şiddətli öskürək

Bir çox xəstəlik zamanı özünü göstərən şiddətli öskürək zamanı, özəlliklə çəhrayı maye, bəlğəm ifraz olunursa, bu ürək çatışmazlığının işarəsidir.

3. Ayaqlarda şişlər

Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Əgər qan ürəyə yaxşı vəziyyətdə ötürülmürsə, deməli, qan damarlarındakı maye toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Özəlliklə corab geyindiyiniz zaman topuqdan yuxarı iz qalırsa, diqqətli olmağınızda fayda var.

4. Mədə bulantısı və iştahsızlıq

Qaraciyər ətrafındakı həzmə yardım olan mayelər ürək xəstəlikləri zamanı özünü mədə bulantısı və iştahsızlıqla göstərir. Bu zaman qarın ağrıları müşahidə olunur. Bu rahatsızlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin.

5. Mənfi ruh halı, depressiya

Araşdırmalar göstərir ki, narahat və mənfi əhval-ruhiyyəli insanların ürək xəstəliklərinə tutulması göstəricisi yüksəkdir. Ümumiyyətlə, pis əhval bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

6. Huşunu itirmək

Ürək xəstəliklərinin yaranmasında ən çox görünən simptomlardan biri huşunu itirmədir. Bunun səbəbi ürəyin qanı yaxşı nasoslamaması və damarların tıxanmasıdır.

7. Dəridə göyərmələr, qançırlar

Bu, əsasən qan axınının azalması və ürəyə kifayət qədər yaxşı ötürülməyən qan nəticəsində baş verir. Hətta şok effekti ilə ortaya çıxan bu problem bədənimizin bir sıra yerlərində özünü göstərə bilər. Eləcə də laxtalanmadan yarana bilər.

8. Dəri xəstəlikləri

Araşdırmalar göstərir ki, dəri xəstəlikləri, özəlliklə də ekzema xəstələrinin 48 %-də yüksək təzyiq, 29%-də isə yüksək xolesterol var. Bu tip insanlarda başqalarına nisbətən ürək xəstəliklərinin inkişafına 59 % daha çox qarşılanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir