İndiki durumumuzda yaşadıqlarımız təkcə bu günün travmasını yaratmır, həm də zəif nöqtələrimizə toxunub, közərmiş yaralarımızı da qaşıyır. Belə olduqda psixosomatika işə düşür, çoxdan unutduğumuz xəstəliklər yenidən baş qaldırır.
Psixosomatikadan isə nəinki köhnə xəstəliklərimiz baş qaldıra, həmçinin indiki virusun simptomlarını da hiss etmək olur. İndi çox adam boğaz ağrısından şikayətlənir, psixosomatikadan nəinki boğaz ağrısı, hətta qızdırma da qalxa bilər. Ona görə də bu gün qorxu və panikadan azad olmaq üçün bir psixoloji texnikanı sizlərlə paylaşmaq istəyirəm.⠀⠀
Bir vərəq götürüb qorxularınızı yazın. Özünüzə sual verin: “əgər bu baş versə nə olacaq?” Cavab çox qorxulu olsa belə, dərinəcən gedin. Hər cavabdan sonra yenidən “sonra nə olacaq?” sualına cavab verin. Bu sual-cavabı qorxu absurdlaşanacan öznüzə verin. Cavab nə qədər sizə qorxulu gələrsə, yenə verin.⠀⠀
Qorxularınızı dərk etdikdən və bəzilərinin artıq absurd olduğunu başa düşdükdən sonra “Bütün qorxularımı qəbul edirəm və Kainata təslim edirəm.” deyib, qorxularınızı “ürəkdən” qəbul edin. Sonda “Mən Kainata (Ulu Tanrıya, Allaha) etibar edirəm.” deyib, qorxulardan tamamilə azad ola bilərsiniz.⠀⠀
P.S.: Bir də qorxulu xəbərlərdən özünüzü uzaq tutmağınız tövsiyyə olunur. İndi çox şey bilməyin xeyirdən çox ziyanı var!