Qarşınızdakı İnsanı Tanımaq üçün 8 Sual

Bir çoxlarına öz nailiyyətləri, xəyalları və zəif tərəfləri haqqında danışmaq xoş gəlmir. Qarşınızdakı insanı tanımaq üçün başqa və daha maraqlı üsul var. Hər bir insanı tanımaq üçün bu 8 sualı verə bilərsiz:⠀

  1. Son zamanlar hansı maraqlı kitabları oxumusan?
  2. Əgər super qabiliyyət seçmək imkanınız olsaydı, hansı qabiliyyəti seçərdiniz və niyə?
  3. Əgər pulun heç bir mənası olmadan səyahətə getmə imkanınız olsaydı, hara gedərdiniz və niyə?
  4. Nə ilə və ya kiminlə özünüzü assosiasiya edirsiniz? (Tez-tez insan özü haqqında tam təsəvvürə malik olmadığından, psixoloqlar şəxsiyyətin əsas xüsusiyyətlərini bilmək üçün belə assosiativ metodlardan istifadə edirlər. Məsələn, belə bir sual: əgər siz mebel olsaydınız, hansından olardınız?) Tam aydın olmaq üçün bir neçə sual vermək olar, məsələn: fəsillər, heyvanlar, güllər, film janrı, qida haqqında.
  5. Zombi hücumu olsa, nə edərdiniz?
  6. İnsanlarda qıcıq yaradan 3 xüsusiyyəti deyin.
  7. Yaşayış olmayan adaya düşəcəyinizi bilsəniz, hansı 5 əşyanı özünüzlə götürərdiniz?
  8. Öz qəbrinizin üstünə nə yazardınız?

1. Son zamanlar hansı maraqlı kitabları oxumusan?

3 tip insan var: oxuyan, oxuma görünüşü yaradan və oxumayan. Birincilərlə hər şey aydındır. Belə adam oxuduğu kitab haqqında çaşmadan məlumat verə bilər və siz onun maraq dairəsini tuta bilərsiniz. Əgər adam cavabdan qaçırsa, məsələn çox oxuyuram, ancaq konkret heç bir şey yadımda deyil – bu adam oxuma görünüşü yaradır. Belə adamlar digərlərinin fikirlərindən asılıdırlar, ona görə asan surətdə yalana gedirlər. Təki ümumi standarta uyğun gəlsinlər. Əgər adam dürüst olaraq oxumuram deyirsə, bircə aşağı özgüvəndə və digərlərinin fikirlərindən asılı olmaqdan başqa hər bir şeydə günahlandırmaq olar. Ola bilər bu adamın oxumamağı ilə bağlı özəl səbəbləri var. Açıq şəkildə bunu boynuna alması onun üçün müsbət əlamət olduğunu göstərir.

2. Əgər super qabiliyyət seçmək imkanınız olsaydı, hansı qabiliyyəti seçərdiniz və niyə?

Bu uşaq sualına bənzəyir, ancaq bu da onun üstünlüyüdür. Müsahibiniz heç bir şey hiss etmədən bu suala düzgün cavab verər, siz də onda nə çatışmadığını anlaya bilərsiniz. Məsələn, əgər gözəgörünməz olub, müxtəlif yerlərə gedə bilmə qabiliyyətindən danışarsa, deməli qarşınızda hər şeyi bilməyə çalışan, ancaq parlaq təəssüratları çatmayan bir maraqlı şəxsiyyət var. Bundan başqa cavabla şəxsiyyətin ölçüsü haqqında da məlumat almaq olar. Kimsə uzaqdan uzağa konfliktləri saxlama qabiliyyətini seçər, kimsə dolu soyuducunun olmasını.

3. Əgər pulun heç bir mənası olmadan səyahətə getmə imkanınız olsaydı, hara gedərdiniz və niyə?

Bu sualın cavabında müsahibiniz öz biliklərinin dərinıliyini göstərəcək. Çünki biri Türkiyədə “all inclusive” seçəcək, digər insan isə hər hansı bir maraqlı adanı.

4. Nə ilə və ya kiminlə özünüzü assosiasiya edirsiniz? Tez-tez insan özü haqqında tam təsəvvürə malik olmadığından, psixoloqlar şəxsiyyətin əsas xüsusiyyətlərini bilmək üçün belə assosiativ metodlardan istifadə edirlər. Məsələn, belə bir sual: əgər siz mebel olsaydınız, hansından olardınız?

Əgər cavab “masa”dırsa , onda bu adamın davranışda stabil adam olduğunu demək olar. Belə adam sabah saçlarını yaşıl rəngə boyamayacaq və dünya səyahətinə çıxmaq üçün işdən çıxmayacaq. Əgər müsahibiniz “palıd” ağacından masa deyirsə – onun cəmiyyətdə çəkisi olmağının önəmliliyi böyük rol oynayır. “Şkaf” (ya da başqa hündür əşya) cavabı aldınızsa, adamın özgüvəninin doğurdan da artıq olmasından söhbət gedir. Tam aydın olmaq üçün bir neçə sual vermək olar, məsəslən: fəsillər, heyvanlar, güllər, film janrı, qida haqqında.

5. Zombi hücumu olsa, nə edərdiniz?

Müsahibinizin fikir zənciri onun təfəkkürünün nə dərəcədə elastik olması, qeyri-standart situasiyalardan necə çıxması və ətrafdakılara münasibətini göstərə bilər. Əsas məqsədə diqqət yetirin: gizlənmək, digərlərinə yardım, mübarizə etmək, sülh yolu ilə konflikti həll etmək.

6. İnsanlarda qıcıq yaradan 3 xüsusiyyəti deyin.

Əhatəmizdəki insanlarda olan bizi qıcıqlandıran xüsusiyyətlər əslində bizim öz xüsusiyyətlərimizdir, ancaq biz onları gizlədirik, hətta bu xüsusiyyətlərimizdən qorxuruq. Qıcığı adamın davranışı deyil, bizim gizlətməli olduğumuz, amma digərlərinin bunu fakt kimi açıq nümayiş etdirdiyi analoji xüsusiyyətimiz yaradır. Ona görə əgər adam deyirsə ki, onu simiclik özündən çıxarır, deməli bu xüsusiyyət onun özününküdür, sadəcə olaraq, uşaqlıqda böyüklər ona bunun pis keyfiyyət olduğunu söyləyiblər. Və digərləri bunu açıq şəkildə göstərdiyi zaman bu adam öz keyfiyyətini gizlətmək məcburiyyətindədir.

7. Yaşayış olmayan adaya düşəcəyinizi bilsəniz, hansı 5 əşyanı özünüzlə götürərdiniz?

Cavab adamın nə ilə yaşadığını, nəyi dəyərləndirdiyini, nədən imtina edə bilmədiyi haqqında məlumat verir. Həm də cavablardan nə qədər uzaqgörən, fikir yürütmə qabiliyyəti və praqmatik olduğu görünə bilər.

8. Öz qəbrinizin üstünə nə yazardınız?

Bu sualı ilk dəfə Erik Bern öz “Oyun oynayan insanlar” adlı kitabında vermişdir. Cavabla insanın həyat prioriteləri haqqında nəticə çıxarmaq olar. Suala verilən reaksiya da müəyyən şeylərdən xəbər verir. Əsasən, həyatdan nə istədiyini bilən adam tez və çaşmadan cavab verir. Cavabdan qaçanlar isə özü və öz gələcəyi haqqında təsəvvürü olmayandır.

P.S. Digərlərinə bu sualları verməkdən öncə özünüz də cavab verin. Belə bir fərqindəlik: hamının sonu məlumdur, ancaq qəbr daşında qeyri-adi yazı olmağını istəyirsinizsə, artıq indi hərəkət edin.

Bəs sizdə insanların hansı 3 xüsusiyyəti qıcıq yaradır? Kommentlərdə cavab yazın )).

2 thoughts on “Qarşınızdakı İnsanı Tanımaq üçün 8 Sual

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir