Həyat sizin daxili cəhətlərinizin əksidir. Özünüzü dəyişdirin, həyatınız dəyişəcək…
İnsanlarda gördüyümüz həm yaxşı, həm də pis cəhətlərin hamısı bizim özümüzün əksidir. Həyatımıza daxil olan hər bir insan güzgü rolunu oynayır. Bir az diqqətli olsaq və sistemin necə işlədiyini bilsək – bunu görə bilərik. Təəssüf ki, çox vaxt biz həqiqət üçün gözümüzü açmağa müqavimət göstəririk.⠀
Müqavimətini qırıb özünü dəyişdirmək istəyən insanın əlində isə bu çox asandır.⠀
Bunu terapiyaları keçən insanlar özləri və onların yaxın ətrafları daha gözəl başa düşər… Hər hansı hadisə nəticəsində və ya müəyyən dərk olunmalardan sonra özünüzdə, ya da yaxınlarınızda belə dəyişikliklər hiss etmisinizmi?
Bu gün başqaları etmək istədiyi işi et, sabah başqalarının yaşaya bilməyəcəyi həyatı yaşa!
- Real məqsədiniz varmı?
- Məqsədinizi konkretləşdirmisinizmi?
- Məqsədinizə çatmaq üçün hansı addımları atırsınız?
- Hansı resurslarınız var və daha hansıları əldə etməlisiniz? (biliklər, qabiliyyət, maddi resurs və b.)
- Məqsədiniz ekolojidirmi (faydalı)?
- Nə vaxt məqsədinizə çatmağı planlaşdırmısınız? (real zaman gözstərməli).