Özgüvən Meditasiyası üçün Praktika

Özgüvən üçün praktika 💪 Təsəvvür edin ki, siz 100 % özgüvənlisiniz. Belə halda həyatınız necə dəyişə bilərdi? Ən maraqlısı isə bu sizin sağlamlığınıza necə təsir edərdi? Əsas məsələ isə – özgüvəniniz yüksək olsa, stresli hadisələrə necə reaksiya verəcəksiniz? bədəniniz bu stressə qoşulacaq, ya yox?

Bir sirr açım ki, özgüvənli insanlar həyat çətinliklərinə tamam başqa cür reaksiya verirlər. Bəs özgüvəni necə artıraq? Özgüvəni artıqmaq üçün ən gözəl üsul hərəkət etməkdir. Qorxuram, həyəcanlanıram, bilmirəm nə edim… – gücümü toparlayıram, hərəkət edirəm və yeni səviyyəyə qalxıram.⠀

Elə indi oturun və bu ay edəcəyiniz 3 konkret hərəkəti yazın. Əvvəllər gücünüz çatmayan hərəkətlər olsun!⠀

Bunun üçün sizə əla bir meditasiya hədiyyə edirəm. Çünki keçirdiyim sorğunun cavablarına əsaslanaraq insanları özgüvən mövzusu daha çox maraqlandırdı… Bu meditasiyada ağac metaforasından istifadə edəcəyik. Bu çox güclü bir alətdir.⠀

Meditasiyanın videosunu aşağıda izləyə bilərsiz. Daha çox meditasiya istəyirsinizsə like ❤️ edin və hansı mövzularda meditasiya istədiyinizi yazın.

Özgüvən meditasiyası. Psixoloq Nərgiz Hüseynova

Bu sənin həyatındır!

  • Rəqs et. Arzuyla yaşa. Oyna. Sev.
  • Zaman gözləmir, sabaha saxlama.
  • Özünlə mübahisə etmə.
  • Yaxşılarla ünsiyyət qur.
  • Dünən artıq tarixdir.
  • Seçimini et və geriyə baxma.
  • Hər bir yaxşı iş gözlənilmədən alına bilər.
  • Uğur sənə hər gün gəlir. Sadəcə olaraq onu tut!
  • Əgər sənə elə gəlir ki, səhv yoldasan, qayıt!
  • Əgər edim ya etməyim düşünürsənsə – et!
  • Vaciblər üzərinə fokuslan!
  • Mənalı yaşa!
  • Gülüş ilə oyan!
  • Yadda saxla ki, həll oluna bilməyən məsələ yoxdur.
  • Asan bağışla!
  • Səninki olmayanı burax.
  • Həyat qısadır. Hər günü sonuncu gün kimi yaşa!
  • Sənlə baş verənlər üçün ancaq sən cavabdehsən.
  • Hər kəsdən öyrən!
  • Dünyanı dəyişdir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir