Həyat Təhlükəlidir? Praktik Çalışma: Mən Təhlükəsizlikdəyəm!

Həyat təhlükəlidir… Mən bilmirəm irəlidə nə ilə qarşılacağam… İndi bir çox insanlar belə halda yaşayır. Və məhz bu bədənə neqativ təsir edir. İmmunitet düşür, xəstəliklərin əmələ gəlməsi prosesinə yol açılır. Emosional halımız daimi qorxu, həyəcanla doludur. İnsanlar hərəkət etmir, inkişaf etmir, sabahdan qorxurlar. Həyatımızı dəyişmək üçün isə bir az anatomiya, fiziologiya və psixologiyadan xəbərdar olmağımız önəmlidir.

Beynimizdə Reptil beyin (Sürüngən beyin deyilən) bir hissə var. O, bizim təhlükəsizliyimizə cavabdeh olan ən ilk beyin sayılır. O ağıllı deyil. Reallıq və ya metafora, keçmiş və ya indi arasında fərqi filtr etmir. Onun üçün əsas məsələ bizim təhlükədə, ya təhlükəsizlikdə olmağımızdır. Beləlikə, reptil beyin təhlükə hiss edərsə, bədənimizə müdafiə mexanizmlərini yandırmaq üçün siqnallar göndərir.

Soruşacaqsınız ki, bu hansı siqnallardır? Bu siqnallar müxtəlif xəstəliklər formasında, narahat edən fikirlər və ya təşviş pozuntuları kimi ortaya çıxa bilər. Bəs nə etmək olar? Beyinə daha çox təhlükəsizlik siqnalları vermək olar. Gündəılik olaraq… Hər zaman.. Neqativ informasiyanı söndürmək – televizor, xəbərlər, kiminsə öngörücü fikirləri… Çünki bu reallıq deyil, bu bizim reptil beynimizi və müdadfiə mexanizmlərimizi hərəkətə gətirən uydurmalardır.

Obyektiv olun. Əgər sizin evinizə oğru girmirsə, yeməyə yeməyiniz, başınızın üstündə damınız varsa, deməli siz təhlükəsizlikdəsiniz. Bizim beynimiz üçün keçmiş, indi, gələcək yoxdur. Əgər sizə elə gəlir ki, nəsə neqativ bir hal ola bilər – məsələn: işdən çıxarılma, partlayış, koronavirusun 3-cü dalğası – bu sizin treklərinizdir (trigger də deyilir).

Trek və ya trigger keçmişdə baş vermiş hər hansı təhlükəli situasiyanı beynin yadda saxlayıb və indi baş verənlərə keçmişdəki kimi reaksiya verməsidir, yəni trigger köhnə informasiyanı yeniləyir. Bu həm real situasiya, həm də kiminsə situasiyası haqqında informasiya ola bilər. İndi sizin bədəniniz sizi müdafiə edir (xəstəlik formasında). Obyektiv olaraq isə sizə müdafiə lazım deyil. Ancaq reptil beyin çox primitiv olduğundan bunu bilmir. İndi soruşa bilərsiniz ki, reptil beyini necə söndürmək olar?! Bunun üçün sizlərə praktik çalışma təqdim edirəm. Maraqlananlar kommentlərdə +❤️ və ya suallarını ünvanlaya bilər.

Praktik çalışma: Mən təhlükəsizlikdəyəm!⠀

Beynin reptil qatına gedən siqnalların söndürülməsi:

  • Bu praktikanı gündə 3-5 dəfə edə bilərsiniz. 10 dəfə dərin nəfəs alıb verin. Tələsmək lazım deyil. Praktikanı yumşaq şəkildə edin, öz bədəninizin tempində və ritmində…⠀
  • Qarşnızda işıq saçan yol təsəvvür edin. Bu yolda siz, sizin sevdiyiniz insan, övladlarınz, ailəniz ola bilər. Siz hamınız sağlam və təhlükəsizlikdəsiniz. Sizin yeməyiniz var, məşğuliyyətiniz var, pulunuz var… Bu halda 3-5 dəqiqə qalın.⠀
  • Bu praktikanı 1 ay boyunca edin. Siz beyninizə “MƏN TƏHLÜKƏSİZLİKDƏYƏM!” siqnalı göndrəcəksiniz və bir ay ərzində işlərinizin necə yaxşılığa doğru dəyişdiyinin şahidi olacaqsınız.⠀

Elə indi edin və nəticə barədə bura yazın. Bu qədər asan…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir