Çox zaman biz hisslərimizin bədənimizdə əks olunmasının fərqində olmuruq. Hətta ilk dəfə emosiyanın bədənində harda oturduğunu hiss et deyəndə hər adam bunu tez hiss edə bilmir. Bu isə çox önəmlidir – özünü hiss etmək, proseslərin fərqində olmaq – yəni canlı olmaq.
Beynimizdə gedən proseslər bədənimizdə əks olunur. Bir çox xəstəliklər məhz beyində başlayır.
Gözünüzün önünə sizinlə pis hərəkət edən insanı gətirin. Aldadıb, xəyanət edib, satıb və b. İndi isə bədəninizi hiss edin… Bədəniniz necə reaksiya verir? İndi isə gözünüzün önünə sevdiyiniz, sizin üçün əhəmiyyət kəsb edən insanı gətirin. O indi sizi tərk etmişdir. Daha xoş toxunuşlar, sözlər, isti münasibətlər yoxdur… Bədəniniz necə reaksiya verir? İndi isə elə bir situasiya yada salın ki, siz çalışmısınız, özünüzü göstərmək istəmisiniz, ancaq bu xoşagəlməz nəticə ilə bitib. Yenə öz bədən reaksiyanıza baxın. Əgər hiss etdinizsə sizə like.
Xəstəliklər də müəyyən haldır. Sizin hər hansı situasiyada ilişib qaldığınız hal… Və indi həmin emosiyalar sizin daxilinizdə yaşayır və hormonlarınıza, ümumiyyətlə bədəninizə təsir edir. İndi hiss etdiniz ki, hər situasiyaya bədən müxtəlif reaksiya verir. Hər hansı xəstəliklə mübarizədən əvvəl müəyyən haldan çıxmaq lazımdır. Belə halda sizin orqanlarınız başqa cür işləməyə başlayacaq və müdafiə mexanizmlərini hərəkətə gətirməyəcək.
Kommentlərdə hansı situasiyanın bədəninizin yaddaşında qaldığını yazın. Hisslərinizi bildirin. Emosiyaların ifadə olunması, bədəndə yığışıb qalmaması vacibdir və həm də psixoloji texnikadır.