Skip to content
- İlk növbədə özünü sev!
- Orta məktəb hələ real həyat deyil. Buna hazır ol!
- Həyatda hələ çox axmaq qıza rast gələcəksən.
- Əgər sən əsil dost tapmısansa, nə qədər uzaqda olduğuna baxmayaraq, onu saxla!
- Əşyalar səni xoşbəxt etməyəcək!
- Heç kimi qınama, amma hazır ol ki, səni qınaya bilərlər. Başını yuxarı qaldır və davam elə!
- Hər hansı problem – dünyanın sonu demək deyil!
- Öz əsas həyat mübarizəni seç. Hər şey üçün mübarizə aparmağa dəyməz.
- Heç kimi özünlə müqayisə etmə, onlar heç vaxt sənin kimi olmayacaq.
- Bir insanı nə qədər sevməyindən asılı olmayaraq, özünü itirməməyə çalış!
- “Yox” deməyi öyrən və bunu deməkdən çəkinmə!
- Heç vaxt kişinin arxasınca qaçma, qoy o səni tapsın.
- Komplimentləri düzgün qəbul etməyi öyrən və onlara inanmağa çalış!
- Həmişə düzgün ol!
- Hisslərini bölüşməkdən çəkinmə!
- Sən heç kimin şəxsi əşyası deyilsən!
- Özünə inamlı ol! Belə olanda cazibədar görünürsən!
- Yadında saxla – mən həmişə səni sevəcəm!
- Sən mənə hər zaman hər şeyi deyə bilərsən – mən sənin yanında olacam.
- Sən çox gözəlsən. Heç kimə özünü başqa cür hiss etdirməyə icazə vermə!