Teylor Sviftin “The Eras” turu Ginnesin Rekordlar Kitabına düşdü

Teylor Sviftin “The Eras” dünya turu bütün zamanların ən çox gəlir gətirən turu olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

9 AY Azərbaycan bildirir ki, turun gəliri bir milyard dolları ötərək Elton Conun beş il boyunca dünya üzrə vida konsertləri verdiyi vaxt vurduğu rekordunu (939 milyon dollar) üstələyib.

Teylor Sviftin “The Eras” turu 2023-cü ilin martında başlayıb və 2024-cü ilin dekabrında başa çatacaq.

Onu da bildirək ki, Sviftin konsert turu Beyonsun “Renessans” adlı iki dünya turundan iki dəfə çox gəlir əldə edib.

TAYLOR SWIFT | THE ERAS TOUR (EXTENDED VERSION) | Rent On December 13 | Prime Video

Müğənni Teylor Svift rəsmi olaraq milyarder elan olunub

Bundan öncə YALAN.info bildirib ki, “Bloomberg” agentliyinin məlumatına görə, Amerikalı pop-müğənni Teylor Svift (Taylor Swift) rəsmən milyarder elan olunub. 33 yaşlı sənətçinin ümumi sərvəti “Eras” musiqi turu sayəsində indi 1 milyard dollar həddini keçib.

Qeyd olunur ki, Sviftin bu yay baş tutan qastrolları da həmçinin ölkənin ÜDM-ni 4,3 milyard dollar artıraraq, ABŞ iqtisadiyyatının güclənməsinə kömək edib.

Məlumdur ki, onun çıxış etdiyi şəhərlərdə ictimai nəqliyyatda sərnişin axını kəskin şəkildə artıb və otellərdə yer tapmaq mümkün olmayıb. “Svift bu statusu yalnız musiqisi və çıxışları ilə əldə edən bir neçə sənətçidən biridir”, – deyə “Bloomberg” yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir