Sən Qərar Ver, Həyat Hadisələri Özü Düzələcək

Uzun illər hiss etdiyin hisslərdən birdən-birə ayrılmaq çox çətin olur. Ancaq psixoterapiyaya müraciət edəndə hadisələr özü insanı bu yola itələyir.⠀

Bəzən sabahki gün pasientə hansı səmtdə kömək etməyi düşünərkən, o həyatın onun xeyrinə hazırladığı situasiya ilə gəlir.⠀

Mən belə düşünürəm ki, biz seansda müəyyən işlər görmüşük, artıq beyində qərar verilib, beyin neyronları tərpənib və bu enerji həyatdakı hadisələri ona yardım üçün hərəkətə gətirir.⠀

Bunu heç yerdən oxumamışam, heç sübutum da yoxdur. Pasientlə işlədiyim situasiyalardan belə nəticəyə gəlmişəm.⠀

Siz necə düşünürsünüz? Qərar verdiyiniz anda hadisələr sizə tərəf işləməyə başlayıbmı? Məsələn, sizə lazım olan insanlar qarşınıza çıxar, adamlar elə situasiyar yaradar ki, sizə heç bir hərəkət etməyə ehtiyac qalmaz.⠀

Yetər ki, siz qərar verin. Doğrudur, müəyyən duyğuları yaşayacaqsınız, ancaq ortalama hər şeyin sizə tərəf necə istiqamət aldığını hiss edəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir