Dedilər Sən Bacarmazsan!

Psixoloq qəbulunda. İşdən çıxarılma qorxusu ilə müraciət etmişdi. 25-26 yaşlı sosial fobiyalı adam. Özgüvən – 0. İşdə ən sadə işləri belə edəndə səhv etmə qorxusu var idi.⠀

Əsas qorxusu – “Mən Bacarmaram” idi. Soruşanda kim deyib ki, sən bacarmazsan – anasının sözləri yada düşdü: “Qardaşına bax, o səndən yaxşıdır”, “Qonşunun oğlu filan şey elədi, amma sən yox”, “Səndən adam çıxmaz” və bu kimi digər cümlələr.⠀

Uşaqlıqdan ana, ya da ata və ya uşağın həyatında gözünü açıb gördüyü və inandığı şəxslərin bu sözləri uşaq psixikasına ömürlük yazılır. Bacardıqlarını soruşanda ağlına heç bir şey gəlmədi. Əvvəldən yığdığım informasiyaya əsasən mən yadına salmalı oldum:

– Məktəbdə necə oxumusan?

– Əla.

– Universitetə girmək üçün repetitora getmisən?

– Yox.

– Universitetə heç kimin köməyi olmadan özün daxil olmusan?

– Bəli.

– Necə oxumusan?

– Qırmızı diplomla bitirmişəm.

– Bacardın?⠀

Fikrə gedir… Uşaqlıqdan ananın beynində bərkitdiyi fikri yıxıb keçmək heç də asan deyil. Axı adam 25 il “Sən Bacarmazsan”a inanıb…⠀

Valideynlər uşaqları motivasiya etmək üçün işlətdikləri sözlərlə uşaqlarda ömürlük iz qoyduqlarının fərqində olmurlar.. Nəticədə aşağı özgüvənlə insanlarla ünsiyyətdən belə qorxan adam formalaşır və bunu dəyişdirmək üçün uzumüddətli öz üzərində işləmək tələb olunur. Axı gözünü açıb ilk gördüyü və inandığı ən vacib insan öz fikrini uşaqlıqdan ona deyib: Sən Bacarmazsan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir