Əziz 9Ay.az oxucuları, bunu da unutmayaq ki, dünyada tez arıqlamaq üçün yüzlərlə pəhrizin olmasına baxmayaraq, ən uzunmüddətli nəticələr yalnız həyat tərzimizi kökündən dəyişməklə, yəni yalnız sağlam qidalanmaqla əldə olunan nəticələr özünü doğruldub!
“Həftəlik Pəhriz”
Təxmini effektivlik: həftədə mənfi 4 kq.
Pəhriz yeddi günlük nəzərdə tutulmuşdur. Bu pəhriz ox ciddi şəkildə planlaşdırılır. Birinci gün bir litr süddür. İkinci gün yalnız 500 q kəsmik və şəkərsiz 800 ml hər hansısa meyvənin və ya tərəvəzin şirəsidir (üzüm və banan istisna olmaqla). Üçüncü gün meyvə və bir litr qazsız mineral su tükətiləcəkdir. Dördüncü gün bol tərəvəzli şorba və bol su qəbulu. Beşinci gün yalnız və yalnız hər dəfə aclıq hissi duyduqda yaşıl alma yeyilməlidir. Altıncı gün yarım kiloqram yağsız mal əti və ət suyunu gün ərzində yeyə bilərik. Yeddinci gün yalnız iki litr kefir içilir.
Bunuda unutmayaq ki, bu pəhriz şiddətli kalori məhdudiyyəti olan bir pəhrizdir. Yəni bu pəhrizdə gündəlik qəbul edilən kalori miqdarı yalnız 750-800 kkal təşkil edir. Əlbətdəki belə pəhriz başlayıb və axıra kimi bütün qaydalara düzgün şəkildə riayət etmək üçün güclü motivasiyaya malik olmaq lazımdır. Pəhrizə başlamaqdan öncə bunuda nəzərə alaq ki, başgicəllənmə və müxtəlif vegetativ pozğunluqlar baş verə bilər. Yan təsirlərin riskini azaltmaq üçün multivitamin komplekslərinin əlavə qəbulu tövsiyə olunur. Həkimin nəzarəti altında pəhrizə riayət etmək daha məsləhətlidir.
“Qarabaşaq Pəhrizi”
Təxmini effektivlik: bir-iki həftə ərzində mənfi 7-12 kq.
Bu vəziyyətdə, qarabaşaq yarması qaynanmır, ancaq dəmlənir: bir stəkan qarabaşaq üçün üzərinə bir yarım stəkan qaynar su töküb ağzını bağlayıb qoyuruq bir masanın üzərinə gecə səhərə kimi qalsın. Gün ərzində üzərinə qatıq əlavə edib onu istədiyiniz qədər yeyə bilərsiniz. Və üstəlik bir litr 1% kefir içmək də olar. Yeməklər arasında bir neçə şəkərsiz meyvə, kələm salatı, göyərti və bir qaşıq bal qəbul etməyə icazə verilir. Gün ərzində limitsiz miqdarda su, yaşıl və ya bitki çayı (gündə ən azı 1 litr) içmək şərti ilə.
Qarabaşaq pəhrizi, kalorilərdə orta dərəcədə azalma ilə məhdud yağlı bir pəhrizdir. Bu pəhrizə riayət etməklə siz müntəzəm olaraq yüngül idman məşqlərinə davam etdirə bilərsiniz. Bunu da nəzərə alaq ki, belə bir pəhrizi uzun müddət saxlamaq qeyri mümkündür. Çünki, yağda həll olunan vitaminlərin çatışmazlığı, öd kisəsində tıxanma, osteoporoz və digər metabolik pozğunluqlara gətirib çıxara bilər.
On günlük “Protein Pəhrizi”
Təxmini effektivlik: mənfi 10 kq, üstəgəl daha güclü əzələlər.
Pəhrizin adında olduğu kimi “Protein Pəhrizi” zülallara və proteinli ərzaqlara istənilən miqdarda qəbul etməyə icazə verilir. Bura daxildir: yağlı ət, kolbasa, sosiskalar və yumurta. Pəhriz karbohidratları, yalnız un və şirniyyatları deyil, həm də hər hansı bir çörəyi, bütün taxıl və taxıl məmulatları, meyvələri və hətta bəzi tərəvəzləri də (yerkökü, kartof, qarğıdalı, çuğundur) qadağan edir. Burda qatıqlı kefir, karides və kalamar, qaraciyər, qoz və fındıq tükətimi icazə verilmir.
Gündəlik pəhrizinizi özünüz planlaşdıraraq icazə verilən bütün məhsulların və porsiyaların ölçüsünü tamamilə sizin ixtiyarınızda olmaq şərti ilə qəbul edə bilərsiz.
Məhdud karbohidratlarla pəhriz. 30 yaşdan aşağı insanlar üçün daha uyğundur. Xüsusilə ilk həftədə sürətli kilo itkisi ola bilər. Ancaq aktiv həyat tərzi və iş fəaliyyətini davam etdirərək uzun müddət bu pəhrizə riayət etmək çox çətindir. Baş ağrısı, əsəbilik, narahatlıq, depressiya, əhval pozğunluğu, yuxu pozğunluğu, yüksək qan təzyiqi, qəbizlik və ya bağırsaq pozğunluğu riski yüksəkdir.
“Süd və Salat Pəhrizi”
Təxmini effektivlik: həftədə mənfi 5 kq.
Hər şey olduqca sadədir: siz həftəlik rasiyonunuzda “Süd” günü və “Salat” günü kimi bir təqvim yaradırsız. “Süd” günü süd məhsulundan 500 qramdan çox olmamaq şərti ilə az yağlı kəsmik yeyə və 1 litr kefir içə bilərsiniz. “Salat” günündə isə istənilən miqdarda və istənilən hər hansısa meyvə və ya bol tərəvəzlərlə zeytun və ya bitki yağı ilə bəzənmiş maraqlı bir salatlar düzəldib yeyə bilərsiz.
Bu, həftə ərzində iki klassik aralıqlıoruc tutma günüdür. Ancaq həftədə bir və ya iki dəfədən çox olmayan bir aralıqlı oruc tutmaq məqsədə daha uyğundur. Ən çox istifadə olunan günlər karbohidrat və ya protein günləridir. Uzun müddət ardıcıl olaraq oruc tutmaq əzələ kütləsinin itirilməsinə və nəticədə sağlamlığın pisləşməsinə və halsızlığa səbəb olacaq. Əgər bu arıqlama üsulu sizin üçün ən uyğunudursa, multivitaminləri paralel qəbul etməyiniz vacibdir. Əsas da fiziki fəaliyyət azaldılmalıdır.
“Yapon Pəhrizi”
Təxmini effektivlik: 13 gündə 8 kq-a qədər.
Bu pəhrizin menyusu bütün 13 gün ərzində nələri yemək və içmək lazım olduğu çox ətraflı təsvir edilmişdir. Səhər yeməyi demək olar ki, həmişə krakerli və ya krakersiz bir fincan qəhvədir. Nahar və şam yeməkləri isə olduqca müxtəlifdir. Qaynadılmış və ya qızardılmış ət və balıq porsiyonlarına yağ, kefir, yumurta, tomat pastası ilə birlikdə ədviyyat və tərəvəzlərdə əlavə edib yeyə bilərsiniz. Sadəcə yeməklər arasında çox vacibdir ki, bol miqdarda su içilsin. Şəkər, spirt, un və qənnadı məmulatları qəti qadağandır. Bütün yeməklər duzsuz hazırlanıb yeyilməlidir. Əks halda pəhriz müəlliflərinin də dediyi kimi, sadəcə işləməyəcəkdir. “Yaponların” nəticəsi iki və üç il davam edir.
Bu pəhrizə uzun müddət riayət etsəniz, möhkəm nəticələr əldə edə bilərsiniz. Amma problem ondadır ki, əldə olunan nəticəni saxlamaq çox çətindir. Daimi aclıq quru dəri, saç tökülməsi və həzm sistemində pozuntulara gətirib çıxara bilər.
Ekspress Pəhrizlərin Müsbət və Mənfi Təsirləri
- Çəki əsasən su hesabına itirilir və pəhrizi tamamladıqdan sonra tez qayıdır.
- Yalnız çox kilolu insanlar ciddi şəkildə arıqlayırlar, lakin 65-70 kq ağırlığında olanlar deyil.
- Məhz ekspress pəhrizlərdən, o cümlədən protein pəhrizlərindən sonra dəri ən çox sallanır.
- Onlar mədə-bağırsaq traktına, qaraciyərə və böyrəklərə təsir göstərə bilər.
Beləliklə, pəhrizlərin müxtəlifliyinə baxmayaraq, yalnız birini seçmək çox çətindir, çünki onların hər birində məhsul və pəhriz çeşidində bir çox məhdudiyyət var. Həmçinin, onların hamısının kifayət qədər nəzərə çarpan çatışmazlıqları var: əsas çatışmazlığı qısa müddətli istifadə üçün nəzərdə tutulmuşdur və buna görə də qısa müddətli bir nəticədir. Əldə edilən çəki uzun müddət saxlanmır.
Arıqlamaq üçün həyat tərzinizi tamamilə dəyişmək lazımdır. Sağlam arıqlamaq üçün hər gün riayət edilməli ən önəmli sağlam qidalanma ilə düzənlənən nəticədir.