Münasibətləri Aydınlaşdırmağa Dəyərmi?

Deyirlər ki, münasibətləri korlamaq istəyirsənsə, aydınlaşdır. Əslində isə uzunmüddətli münasibətlərin saxlanılması vaxtında fikrini ifadə edib, qarşısındakının reaksiyasını bilməklə özünü dəyişməkdən ibarətdir. Bu qədər asan.

Bəs nəyə görə insanlar münasibətləri aydınlaşdırmaqdan ehtiyatlanırlar?

  • Xoşagəlməz hisslərin yaşanmasından qaçış;
  • Münasibətlərin tam itirilməsi qorxusu;
  • Qürur;
  • Enerji sərfindən çəkinmə və b.

Bu adəti halda (hətta həmin hal xoşagəlməz olanda belə) yaşayanlara xas xüsusiyyətdir.

Qaranlıq qalan münasibətlərin isə şüuraltıya daxil olaraq, ya komlpeksə, ya da xəstəliyə çevrilib gələcək problemlər üçün zəmin yaratma xüsusiyyəti var.

Psixika isə onu daxildən “yeyən” enerjiyə güc gəlmək üçün fiziki bədəni cəzalandırma yolunu seçir – müxtəlif xəstəliklər baş qaldırır, insan dərmanlar vasitəsilə daxildə yandıran ağrını kəsməyə çalışır və nəticədə daha çox enerji və güc sərf edir.

Bu yeni salınmış avtobanı qoyub, uzaq və əyri yolları seçməyə bənzəyir.

Yığılmış enerji çıxış üçün müəyyən yollar axtarır. Burdan da psixosomatik xəstəliklərə yer görünür. Məsələn: çox böyük inciklik – xərçəngə, hadisəni həzm edə bilməmə – mədə xəstəlikləri, hisslərini ifadə edə bilməmə – boğaz xəstəliklərinə, travmatik hadisəni unutmağa çalışma – yaddaş pozuntularına gətirib çıxarır.

Bu və digər məsələlər bizim psixomatika kursunda öyrənilir.

Əgər sizin üçün qaranlıq qalan münasibət varsa və siz onu aydınlaşdırmaqdan çəkinirsinizsə, onda koqnitiv terapiyadan “Sel” texnikası sizə kömək edə bilər. Özünüzə belə bir sual verə bilərsiniz: “Əgər mən bu münasibəti aydınlaşdırsam, ən pis halda nə ola bilər?” Sualı dəfələrlə təkrarlayıb pik nöqtəyə çatdırmaq lazımdır. Bu zaman beyində bir “lampa” yanacaq və sizə ağır görünən hal yüngülləşəcək.

Mənim üçünsə hər zaman istifadə etdiyim Qızıl Qayda var. Əgər insan sənin üçün əzizdirsə – münasibəti aydınlaşdır! 20 illik dostluqlarım bunu təsdiq edir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir