Başqaları Haqqında Danışdığın Əslində Sənin Haqqında Danışır

Birinə o güclüdür – mən zəif dedikdə, bilin ki, əslində o güc sizdə də var. Özünüzdə olan gücü başqasına proyeksiya edirsiniz. Həmin resursunuz olmasaydı, onu görə bilməzdiniz.

Məsələn, kiməsə “Necə də gözəlsiniz?!” dedikdə, “Bu sizin gözlərinizin gözəlliyidir” – cavabı psixoloji dildə, səndə bu resurs var ki, onu məndə görürsən deməkdir.

Uşaqlıqda “qurban” pozisiyasında böyüdülən, hər dəfə başqaları ilə müqayisə olunanlarda bu müdafiə mexanizmi insanı komfort zonasında saxlayır. Rahatdır da, “mən heç nə bacarmram”, “filankəs məndən daha ağıllıdır” – yəni “onsuz da heç nə alınmayacaq” inancı “Əziyyət çəkib, hərəkət etmə!” – sərfedici pozisiyada saxlayır.

Vəziyyətdən çıxmaq üçün fikirlərin hardan beyninizə oturduğunu araşdırmaq, düzgün olub olmadığını yoxlamaq, öz daxilinə baxıb resursları tapmaq və inkişaf etdirmək lazımdır.

Bunun üçün isə istək, qərar və zaman tələb olunur!

Rəvayət

Bir axşam bir kəndçi öz kasıb evinin astanasında oturaraq sərin havadan həzz alırdı. Evin yanında kəndə aparan bir yol keçirdi. Həmin yolla bir adam gedirdi. Adam qocanı görüb özlüyündə düşündü: “Bu insan tənbəldir, o bütün günü öz qapısının kandarında oturur və heç nə etmir.”

Bir neçə vaxtdan sonra yoldan başqa bir yolçu keçirdi. Həmin adam fikirləşdi: “Bu adam – Don Juandır. Burda oturub ki, yoldan keçən qızlara baxsın, yəqin hələ onlara sataşır da…”

Nəhayət, kəndə gedən bir meşəbəyi həmin yoldan keçərkən fikirləşdi: “Bu insan – zəhmətkeş insandır. O bütün günü işləyib, indi isə qanuni istirahətini edir.”

Doğurdan da, bizim öz qapısının astanasında oturan kəndçi haqqında çox bilgimiz olmaya bilər. Ancaq yoldan keçən 3 yolçu barəsində isə çox şey deyə bilərik: birinci insan – tənbəl, ikinci insan – eşqbaz, üçüncüsü isə – zəhmətkeşdir.

Proyeksiya – psixoloji müdafiə mexanizmidir. Şəxsin şüursuz olaraq öz keyfiyyətlərini, hisslərini və istəklərini başqa bir insana aid etməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir