Arzularımızı Yazaq: Arzu Yalnız Yazılanda Məqsədə Çevrilir

Nə edək? Arzularımızı yazaq? Bir ili yaşadıq, analiz etdik, çox sağ ol deyib tarixə yola saldıq… İndi də arzuların yazılma zamanıdır.

Bilirsiniz ki, arzu yalnız yazılanda məqsədə çevrilir?! Siz arzuya doğru gedərkən, o da sizə yaxınlaşır və müəyyən nöqtədə birləşirsiniz. Bir qayda da var: yeni ay çıxanda yazın.

  • Əsil istək və arzularınızı yazın;
  • Reallığa uyğun arzular yazın;
  • Konkret arzu yazın – əgər maşın istəyirəmsə, konkret rəngi, modeli və b., ev istəyirəmsə necə otaqlı, harda, səyahət istəyirəmsə, konkret hansı ölkə olduğunu yazmaq lazımdır.
  • Arzunu artıq həyata keçmiş kimi yazın, məsələn: “mən nəyisə istəyirəm” deyil, “məndə bu artıq var” (istəyinizin konkret adını və artıq sizdə olduğunu yazın və hiss edin).
  • Arzuları yazanda hansı tarixdə həyata keçə biləcəyini düşünüb qeyd etmək mütləqdir.
  • Arzularınızı yazarkən qorxuları da yaddan çıxarmayın. Çox zaman qorxu hissi arzunun həyata keçməsinə imkan vermir. Özünüzə belə bir sual verib qorxuları üzə çıxara bilərsiniz: Mənim bu arzum həyata keçsə həyatımda hansı dəyişikliklər olacaq? (Yaxşı tərəflərə yox, qorxulara diqqətinizi yönəldin). Arzum həyata keçsə insanlarla münasibətim necə dəyişəcək? Qorxuları ortaya çıxarandan sonra isə onların rasional və ya qeyri-rasional olduğuna fikir verin.

Qorxuları çıxarmaq üçün onu bədəndə hiss edib (hisslər mütləq bədənin bir hissəsində özünə yer edir) şəklini çəkmək, sonra isə onu – qorxunu gülməli hala salmaq olar: şarlarla bəzəmək, klouna döndərmək, ya da qaralayıb cıraraq qorxulardan azad olmaq olar.

Qorxunu götürmək üçün başqa texnikalar da var. Maraqlıdırsa şərhlərdə istəklərinizi bildirə bilərsiniz. Mən də yeni bloq yazılarımda bunu nəzərə alaraq texnikalarla paylaşaram.

Bütün arzularınızın həyata keçməsini diləyirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir