“Haqsız yerə işdən çıxarıldım. Çox əmək verdim. Mənim qədər işi bilən yox idi. Məndən çox işləyən də yox idi. Mən can yandırırdım, çünki işimi sevirdim…”, “İllərlə sevgimə əmək verdim, münasibətləri qurmağa çalışdım… Ancaq dəyər vermədi… Başqasını seçdi…” Tanış gəlir?
“Unut, yenidən başla!” demək çox asandır. Unutmağa nə mane olur? Verdiyimiz hisslər və emosiyalar, xatirələrdə qalan enerjilər… İki hadisədə də itki var… İtki isə psixologiyada 5 addımla işlənir. 5 addımı insan yaşayaraq çıxarmalıdır. Hansı addımlardır?⠀
- İnkar etmək – Hadisəyə inanmırıq, yenə də ümidimiz var.
- İnciklik, küskünlük (rusca: обида) – günahkarların axtarılması. Özün, ya başqa insan günahkardır.
- Aqressiya – artıq ayılırsan ki, bitdi artıq, yoxdur bu!
- Depressiya – bax bu bir az uzana bilər.
- Keçmiş resursların üzərində yeni həyatın qurulması.⠀
Bu əslində insan itkisi (yaxın adam dünyasını dəyişəndə) üçün işlənilən addımlardır. Ancaq hər bir itki ilə belə işləmək olar. Pul itkisi, iş itkisi, münasibətlərin itkisi, insan itkisi, ev itkisi və b. Bunu psixoloqla işləmək daha çox effekt verir. Məsələ uzandıqca sizin əksinizə işləyəcək!