Bu gün Neqativ emosiyalardan azad olma vebinarında iştirakçıları bir metodla tanış etdim və onun praktikasını etdik və çox gözəl effekt aldıq. İştirakçılar ani olaraq hisslərdən azad olub rahatlaşdılar. Bu metodu sizinlə də bölüşürəm. Ancaq onu qrupda edəndə daha çox effekt verir.
Metod Lester Levinson tərəfindən ortaya gətirilib. Lester Levinson həm məşhur fizik, həm də uğurlu bir sahibkar olub. Ancaq buna baxmayaraq, ömrünün 42-ci ilində çox xəstə və depressiyalı biri idi. Sonuncu dəfə ürəyində şuntlama əməliyyatı keçirəndən sonra həkimlər ona cəmi 2 ay ömrü olduğunu söyləyiblər. Ancaq Lester ruhdan düşməyib, hisslərdən azad olmaq üçün Tibet metodu tapıb, 3 ay ərzində onu tətbiq etmiş və sağlamlığına qovuşmuşdur.
Həkimlər ona 42 yaşında öləcəyini desələr də o, 82 il ömür sürmüş, həm də harmoniyada keçən bir həyat yaşamışdır. Rahat oturun və diqqətinizi toplayın.
1-ci addım. İndi yaxşı tərəfə dəyişmək istədiyiniz məsələ haqqında düşünün, sonra isə özünüzə bu anda nə hiss etdiyinizə icazə verin. Əmələ gələn hissi qəbul edin və maksimal dərəcədə ortaya çıxmasına yol verin.
2-ci addım. Özünüzdən soruşun.- Mən bu hissi buraxa bilərəmmi?- Mən bu hissi qalmağa icazə verə bilərəmmi?- Mən bu hissi qəbul edə bilərəmmi?
3-cü addım. Azad olmağa hazıramı?
4-cü addım. Özünüzə sula verin–Nə vaxt? Cavab İNDİ olmalıdır.
5-ci addım. Bu 4 addımı konkret hissdən azad olana qədər təkrar edin.⠀
Suallar:
- Hal hazırda nə hiss edirsiz?
- Bu hissi qəbul edə bilərsinizmi?
- Bu hissi buraxa bilərsinizmi?
- Azad olursunuzmu bu hissdən?
- Nə vaxt?⠀
Bu suallara ardıcıl olaraq cavab verin. Hisslər dəyişəcək, qorxu varsa həyəcəna keçə bilər, gərginləşmə ola bilər, bədəndə müxtəlif proseslər gedə bilər. Bu o deməkdir ki, texnika təsir edir.Hisslər neytrallaşana qədər davam edin. Neytrallaşanda o deməkdir ki, siz hissdən azad oldunuz. Bu texnikanı requlyar olaraq tətbiq etsəniz, həm rahatlaşacaqsınız, həm emosional yükdən qurtulacaqsınız, həm də enerjiniz dəyişəcək, həyatınızın başqa sferalarında da işlərinizdə yaxşı tərəfə dönüş olacaq.⠀
Bu və ya başqa texnikaların daha dərinliklərini öyrənmək istəyirsinizsə, bizim praktik vebinarlarda iştirak edin.