Alimlər Sübut Etdi: Palçıqda Oynamaq Uşaqlara Xeyirdir

Uşaqlara immunitet sistemini gücləndirmək üçün açıq havada və palçıqda oynamağa icazə verilməlidir.

“Science Advances” jurnalının məlumatına görə, Helsinki Universitetinin alimləri bununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.

Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar. Başqa bir qrup isə şəhərdə qalıb.

Araşdırmaya görə, meydançalarda oynayan uşaqların dəridəki bakteriyaların müxtəlifliyi artıb ki, bu da immunitet sistemini gücləndirib. Bundan başqa, onların qan nümunələrində iltihab əleyhinə IL-10 zülalının miqdarı artıb.

Alimlər uşaqların torpağın üst qatındakı mikroblarla təmasının önəmli olduğu qənaətinə gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.