Ananın İxtira Etdiyi Cəza Üsulu: “Ağrı Bankası”

Sinqapurdan olan ana uşaqları üçün fikirləşdiyi qeyri-adi cəza üsulu ilə sosial şəbəkə istifadəçilərini heyran qoyub.

Onun sözlərinə görə, uşaqlara qarşı səsini yüksəltməyin və onların döyməyin əleyhinədir. Bunun əvəzinə o, cərimə sistemi düşünüb. 

Life.ru-nun məlumatına görə, qadın “Facebook”dakı hesabında bu barədə etiraf edib.

Sözə baxmayan uşaqlar 10 sentdən 1 sinqapur dollarına qədər müxtəlif miqdarda cərimələnirlər. Pullar xüsusi bankaya atılır. 

Məsələn, uşaq səhər doqquzdan əvvəl səs-küy salırsa, kimisə səhər 6:30-dan əvvəl oyadırsa və ya oynamağa başlamazdan əvvəl ev tapşırığını yerinə yetirmirsə, bankaya 1 sinqapur dolları (1,25 AZN) qoymalıdır. Yerində asılmamış dəsmal və ya masadan öz qabını götürmədiyinə görə 50 sent (təxminən 60 qəpik) cərimə tətbiq olunur. Oyundan əvvəl və sonra yerdə qalan hər bir əşyaya görə 10 sent (12 qəpik) tutulur.

Qadının sözlərinə görə, bu cəza üsulu uşaqlara “cihazlarını və pullarını itirmək ağrısını hiss etməyə” imkan verir və o, bundan dərs alır.

O qeyd edib ki, belə bir cəza bəzilərinə sərt görünsə də, ailədə təcavüzə yol verilmir. Qadın cəza sisteminin həddən artıq olmaması və qanun pozuntularının siyahısının çox uzanmaması barədə xəbərdarlıq edib.

O, eyni zamanda, uşaqların yaradıcı və fəal qalmalarının vacibliyini vurğulayıb.

Ayın sonunda ailə bankadakı pulu yaxşı bir restorana və ya oyun otağına xərcləyir.

Abunəçilər ananın ixtiraçılığına heyran qaldıqlarını bildirərək, bu metodun diqqətli, məsuliyyətli, səliqəli və başqalarına hörməti inkişaf etdirdiyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir