Türkiyənin ilk robot aktrisası Aypera İstanbulda izləyicilərlə görüş keçirib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, DHA-nın verdiyi xəbərə görə, ölkənin ilk rəqamsal insanı 26 oktyabr 2020-ci ildə “doğulub”, ancaq 21 yaşındadır.
“İstanbulluyam, amma internetdə doğulmuşam”, – deyə Aypera öz hekayəsini insanlarla paylaşıb.
Ayperanı hazırlayan komanda 15 nəfərdən ibarətdir. Digital insanın film çəkilişləri ilə yanaşı konsert proqramlarında da çıxış etməsi planlaşdırılır. Aypera artıq ilk mahnısını da oxuyub.