Çingiz Abdullayev: Azərbaycanın ən görməli yerləri Qarabağ, Şuşa olub və olacaq

Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev Baku TV-yə müsahibəsində 2-ci Qarabağ müharibəsi, Şuşa, ermənilər, Azərbaycan Yazıçılar Birliyi və başqa sualları cavablandırıb.

9AY.az bildirir ki, dünya şöhrətli yazıçı Nigar Həsənlinin xüsusi reportajında bir sıra maraqlı məsələlərə toxunub, sualları cavablandırıb.

O, Vətən Müharibəsi dövründə erməni lobbisinin aktiv və güclü olduğu Rusiyada məhşur proqramlarda ölkəmizin haqlı mövqeyini müdafiə etməsini də şərh edib:

“Çox adam ora getməyə qorxurdu, çünki bilirdilər ki, onlara imkan verməyəcəklər və sözlərini kəsəcəklər. Proqramlarda olan çıxışlarımdan sonra məni dəstəkləyənlərin sayı çox oldu. Türklər belə mənim oradakı çıxışımı öz dillərində tərcümə etdilər”.

O, əlavə olaraq qeyd edib ki, kitabları Ermənistanda da satışdadır və yetərincə oxunur.

Sözügedən reportajı təqdim edirik:

Çingiz Abdullayev: Polşalı xanım mənə görə Bakıya gəlmək istəyirdi – Xüsusi Reportaj

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir