Bal, arılar tərəfindən bitkilərdən toplanılan, şəfaverici təsiri çox güclü olan bir qidadır. Bal yeməklə orqanizmi çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Məhz bu özəlliklərinə görə balı, “min bir dərdin dərmanı” hesab edirlər.
9Ay.az Balın Bilinməyən Faydalarını Təqdim Edir:
1. Bal Yanıqları Yaxşılaşdırır
Balın dəri yanıqları üzərindəki təsiri əslində min illərdir ki, bilinir. Bal təkcə yanıqları yaxşılaşdırmaqla qalmır, eyni zamanda yaraların infeksiya etməsinin qarşısını almağa da yardım edir.
2. Bal Uçuğa Yaxşı Təsir Göstərir
Aparılan araşdırmalar balın dodaq və genital bölgədə çıxan uçuqlar üçün ən azı kimyəvi dərmanlar qədər yaxşı təsir etdiyini ortaya qoyur.
3. Bal Xərçəng Müalicəsinə Dəstək Olur
Aparılan bir araşdırma, balın xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almaqda təsirli olduğunu ortaya çıxardı.
4. Bal Qan Şəkərini Tənzimləyir
Bal, şəkərdən daha sağlam bir alternativdir və qan şəkərini, şəkər qədər yüksəltmir. Yəni, çay içərkən şəkər əvəzinə baldan istifadə etmək daha yaxşı bir seçimdir.
5. Bal Yaddaşı Gücləndirir
Aparılan araşdırmalar, xüsusən menopauza və menopauza sonrası dövründə qadınların yaddaşı üçün balın çox faydalı olduğunu ortaya qoyur.
6. Bal Babasilin Müalicəsində Təsirlidir
Babasilin müalicəsində, içinə bir miqdar zeytun yağı qatılmış bal qəbul etmək çox fayda verir.
7. Bal Xora ilə Mübarizə Edir
Bal, daxili orqanlarımızda olan yaralara, məsələn mədə yarası olan xoraya də yaxşı təsir göstərir.
8. Bal Sperma Sayını Artırır
Araşdırmalar nəticəsində məlum olub ki, bal sperma sayının artımında köməkçi vasitədir.