Qızımı rəssamlıq dərnəyinə göndərirəm. Ştrixləmə lazım gəldikdə çətinlik çəkir. Dünən yenə rəsmi ştrixləyəndə hirslənə-hirslənə “Axı mən niyə solaxayam? Sağ əllə işləyə bilsəydim, mənə daha asan olardı” deyə söyləndi. Yanıma çağırdım: “Bilirsən ki, ən məşhur rəssamlar solaxay olub?” deyə soruşdum.
Nümunə üçün Google-dan istifadə edib Mikelancelonu ona göstərmək istəyəndə çox sayda və müxtəlif peşə sahibləri məşhurların solaxay olduqlarını özüm üçün aşkar etdim. İndi həmin insanların adlarını sizinlə də paylaşmaq istəyirəm.
Beləliklə, aşağıdakı siyahıda bir çox dahi insanların solaxay olduqlarını aşkar edəcəksiniz.
Hərbçi və siyasətçilər | Alim və biznesmenlər | Rəssamlar | Aktyorlar | Musiqiçilər | Yazıçı və filosoflar |
Qay Yuli Sezar | Leonardo da Vinçi | Rafael | Çarli Çaplin | Lüdviq Van Bethoven | Aristotel |
Makedoniyalı İsgəndər | Albert Eynşteyn | Leonardo da Vinçi (rəssam, heykəltəraş, arxitektor, dizayner, inşaatçı, şair, musiqiçi, filosof, alim və b.) | Merilin Monro | Nikkolo Paqanini | Fridrix Nitsşe |
Janna D’Ark | İsaak Nyuton | Mikelancelo-heykəltəraş, rəssam, şair | Qreta Qarbo | Volfqanq Amadey Motsart | Frans Kafka |
Napoleon Bonopart | Nikola Tesla | Pablo Pikasso | Cim Kerri | Frederik Şopen | Qans Xristian Anderson |
Otto Bismark | Fizioloq Pavlov | Albrext Dürer | Tom Kruz | Sergey Raxmaninov | Aleksandr Puşkin |
Bencamin Franklin | Henri Ford | Opost Roden | Robert De Niro | Sergey Prokofyev | Lev Tolstoy |
Uinston Çerçil | Bill Qeyts | Piter Paul Rubens | Devid Duxovnı | Enrike Karuzo | Mark Tven |
Prezident Ford | Rokfellerlər | Anri Tuluz-Lotrek | Ancelina Coli | Pol Makkartni | Ceyms Kemeron |
Ronald Reyqan | Neyl Armstronq (kosmonavt) | Mila Yovoviç | Mirey Matye | ||
Corc Buş | Nikol Kidman | Selin Dion | |||
Bill Klinton | Culiya Roberts | Rikki Martin | |||
Mahatma Qandi | Brüs Uillis | Stinq | |||
Barak Obama | Silvestr Stallone | Eminem | |||
Mikki Rurk |
Bu siyahını mən bir az qısaltdım. Ancaq solaxaylar elə bu məşhur adlardan güclü motivasiya ala bilər. Siyahını qızıma göstərəndə sevinib, xoşuna gəlməyən ştrixlənməni həvəslə davam etməyə başladı.
Qeyd edim ki, solaxaylar cəmiyyətin cəmi 10 %-ni təşkil edir.
Əgər Siz də siyahını görüb təəccübləndinizsə, onu dostlarınızla paylaşın.
MƏN MARAQLA BÖLÜŞDÜM.