Dünyanın Ən Məşhur Və Dahi Solaxayları

Qızımı rəssamlıq dərnəyinə göndərirəm. Ştrixləmə lazım gəldikdə çətinlik çəkir. Dünən yenə rəsmi ştrixləyəndə hirslənə-hirslənə “Axı mən niyə solaxayam? Sağ əllə işləyə bilsəydim, mənə daha asan olardı” deyə söyləndi. Yanıma çağırdım: “Bilirsən ki, ən məşhur rəssamlar solaxay olub?” deyə soruşdum.

Nümunə üçün Google-dan istifadə edib Mikelancelonu ona göstərmək istəyəndə çox sayda və müxtəlif peşə sahibləri məşhurların solaxay olduqlarını özüm üçün aşkar etdim. İndi həmin insanların adlarını sizinlə də paylaşmaq istəyirəm.

Beləliklə, aşağıdakı siyahıda bir çox dahi insanların solaxay olduqlarını aşkar edəcəksiniz.

Hərbçi və siyasətçilər   Alim və biznesmenlər Rəssamlar Aktyorlar Musiqiçilər Yazıçı və filosoflar
Qay Yuli Sezar Leonardo da Vinçi Rafael Çarli Çaplin Lüdviq Van Bethoven Aristotel
Makedoniyalı İsgəndər Albert Eynşteyn Leonardo da Vinçi (rəssam, heykəltəraş, arxitektor, dizayner, inşaatçı, şair, musiqiçi, filosof, alim və b.) Merilin Monro Nikkolo Paqanini Fridrix Nitsşe
Janna D’Ark İsaak Nyuton Mikelancelo-heykəltəraş, rəssam, şair Qreta Qarbo Volfqanq Amadey Motsart Frans Kafka
Napoleon Bonopart Nikola Tesla Pablo Pikasso Cim Kerri Frederik Şopen Qans Xristian Anderson
Otto Bismark Fizioloq Pavlov Albrext Dürer Tom Kruz Sergey Raxmaninov Aleksandr Puşkin
Bencamin Franklin Henri Ford Opost Roden Robert De Niro Sergey Prokofyev Lev Tolstoy
Uinston Çerçil Bill Qeyts Piter Paul Rubens Devid Duxovnı Enrike Karuzo Mark Tven
Prezident Ford Rokfellerlər Anri Tuluz-Lotrek Ancelina Coli Pol Makkartni Ceyms Kemeron
Ronald Reyqan Neyl Armstronq (kosmonavt)   Mila Yovoviç Mirey Matye  
Corc Buş     Nikol Kidman Selin Dion  
Bill Klinton     Culiya Roberts Rikki Martin  
Mahatma Qandi      Brüs Uillis Stinq  
Barak Obama     Silvestr Stallone Eminem  
      Mikki Rurk    

Bu siyahını mən bir az qısaltdım. Ancaq solaxaylar elə bu məşhur adlardan güclü motivasiya ala bilər. Siyahını qızıma göstərəndə sevinib, xoşuna gəlməyən ştrixlənməni həvəslə davam etməyə başladı.

Qeyd edim ki, solaxaylar cəmiyyətin cəmi 10 %-ni təşkil edir.

Əgər Siz də siyahını görüb təəccübləndinizsə, onu dostlarınızla paylaşın.

MƏN MARAQLA BÖLÜŞDÜM.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir