Məşhur azərbaycanlı müğənni Rəqsanə İsmayılova Rusiyada yaşamasına baxmayaraq “Dağlıq Qarabağda təmas xəttindəki hərbi hissələrə yardım” aksiyasına başlamağa qərar verib.
Bu barədə müğənni “Sputnik Azərbaycan”a bildirib.
“Dövlətimiz hərbçilərə ehtiyac duyduğu hər şeyi təmin edir, amma yenə də bir xeyriyyə aksiyası keçirməyə qərar verdim. Rusiyada yaşayan bütün azərbaycanlıları, eləcə də yəhudi dostlarımı bu aksiyaya qoşulmağa çağırıram”, – deyə o, bildirib.