Heç vaxt ağsaqqal və ağbirçək sözü alim sözünü əvəz edə bilməz. Ona görə də uşağın tərbiyəsi ilə bağlı kitab oxumaq önəmlidir. Körpə olmayan qız və oğlan uşağlarını nəzarətsiz bir yerdə oynamağa qoymaq olmaz, özəlliklə təklikdə, bacı-qardaş olsalar belə! Bir otaqda yatızdırmaq, bir yerdə çimizdirmək olmaz.
Oğlan uşaqlarına demək lazımdır ki, ailə qurmamış qız uşaqlarına toxunmaq olmaz.
Qız uşaqlarına da demək lazımdır ki, ərə getməmiş heç kimi özlərinə toxunmağa qoymasınlar. Bəzən qızlar xoşuna gələn oğlana özlərinə toxunmağa, söykənməyə, öpməyə icazə verir. Ancaq bunu pis məqsədlə etmir, düşünür ki, oğlan onu sevsin və ailə qursun. Bunun yanlış fikir olduğunu qızlara mütləq başa salmaq lazımdır. Demək lazımdır ki, əgər oğlan səni sevirsə toxunmazdan öncə mütləq nişanlanmaq, ya da ailə qurmaq təklif edəcək. Belə etmirsə və toxunmaq istəyirsə, demək o sadəcə qızdan istifadə edir.
Uşaqları az yedizdirmək lazımdır. Çox yeməklə sağlamlıq olmur. Sağlamlıq arıqlıqdadır. Az yeyən uşaq, insan öz şəhvətinə də yaxşı nəzarət edə bilir.
Cinsi yetişkənlik dövründə olan uşaqları mütləq hazırlaşdırmaq lazımdır. Valideynlər gərək ilk növbədə uşaqları ilə dost olsunlar. Münasib sözlərlə başa salmalı, ya da uyğun dialoq qurmağın yollarını tapmalıdırlar. Əgər siz öz uşaqlarınızla bu kimi mövzularda danışa bilmirsinizsə, o zaman cinsi mövzuda kitab oxutdurmağa çalışın. Kitab daha yaxşı variantdır. Çünki, uşaq utanıb çəkindiyi üçün hər şeyi sizdən soruşa bilmədikdə kitab onun bütün suallarına cavab tapmasında yardımçı olacaq.
Başlıca olaraq qız uşaqlarına ilk özəl günə – aybaşıya hazırlaşdırmaq çox önəmli amillərdən biridir.
Oğlan uşaqlarına da ilk dəfə cinsi orqandan yuxuda sperma, qatı maye axınına hazırlaşdırmaq lazımdır. Əks halda qız uşağı ilk qanı gördükdə, oğlan uşağı isə ilk spermanı, qatı mayeni gördükdə xəstəlik kimi bilib çox pis qorxa, ya da stres keçirdə bilər və heç kimə demədən özü-özünü “müalicə” etməyə başlaya bilər. Bəzən bu “müalicə” qız uşaqlarında bakirəliyin pozulması ilə də nəticələnir.
Uşaqlarınızı sağlam və xoşbəxt böyütmək istəyirsizsə, uşaqlarınızla maraqlı mövzularda cümlələr qurun, bolluca söhbət edin. Onların nə düşündüklərini analiz etmək üçün mütləq qız və oğullarımızın dialoqlarına diqqətlə qulaq asıb önəm verin. Gün boyunca müəyyən bir vaxt ayırıb uşaqlara kitab oxuyun və uşaqların da kitab oxumasına maraq oyadın. Təkcə dərs kitabları yox, başqa kitablar da ola bilər!