Yarpaq Dolmasının Resepti: Azərbaycanda Yarpaq Dolması Necə Bişirilir?

Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan – Yarpaq Dolması var. Azərbaycanda bu dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir qatır.

Yarpaq dolması Türkiyə, İran, Yunanıstan, Livan və bir sıra başqa ölkələrin mətbəxlərində də var. Bu ölkələrdə yarpaq dolması adətən uzunsov şəkildə bükülür, bəzən incə, bəzən də çox qalın olur. Azərbaycan dolması isə kiçik və yumru şəkildə olur (Gəncədə yarpaq dolmasının daha uzunsov şəkildə hazırlanır).

Yarpaq dolmasını həm təzə tənək yarpağından, həm də duza qoyulmuş yarpaqdan hazırlamaq olar. Eyni zamanda buzluqda saxlanılmış təzə yarpaqdan da istifadə etmək olar. Təzə yarpaqdan bişirilən yarpaq dolmasının  dadına doymaq olmur – o qədər ləzzətli olur ki!

Yarpaq Dolmasının Resepti (4-6 pay üçün)

Ərzaqlar

  • 500 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
  • 1 ədəd çəkilmiş soğan
  • ½ stəkan yumru düyü
  • ½ stəkan xırda doğranmış keşniş
  • ½ stəkan xırda doğranmış şüyüd
  • ½ stəkan xırda doğranmış nanə
  • 1 çay qaşığı duz
  • ¼ çay qaşığı və yaxud zövqə görə istiot
  • Təxminən 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
  • 3 xörək qaşığı kərə yağı

Yarpaq Dolmasının Bişirilməsi

  1. Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
  2. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (hardasa 10 ədəd olmaq şərtilə) qaynayan suda təxminən 1 dəqiqə, ya da yarpağın sərtliyinə görə daha da az tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları qaynayan suda salın ki, yumşalsınlar.
  3. Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün. Kiçikləri bütov qalsın.
  4. Yarpaqları parlaq hissəsi altda olmaq şərtilə əlinizə alın. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
  5. Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay-lay düzün.
  6. Dolmaların üstünə yağı və yarısına qədər suyu tökün.
  7. Ən üstə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar.
  8. Qazanın qapağını qoyun. Dolmanı öncə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda haradasa 1 saat 30 dəqiqə ərzində bişirin.
  9. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
  10. Dolmanı süfrəyə adi qatıq, ya da sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.
Çox dadlı yarpaq dolması. Azərbaycan mətbəxi. Долма из виноградных листьев
ДОЛМА. Как приготовить долму дома

One thought on “Yarpaq Dolmasının Resepti: Azərbaycanda Yarpaq Dolması Necə Bişirilir?

  1. My Family Loved it. I am definitely sharing Guys, Thanks For sharing this Great Recipe. this recipe and this website with my friend. Hope they also love it. Thank you again for sharing such a great recipe.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir