Soyuq Havada Ev Şəraitində Müalicə Olunmağın Ən Asan Yolları

Payız və qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkim qəbuluna düşmək məsləhətdir. Lakin 9AY.az saytında soyuqdəymə və qripə qarşı alternativ təbii yollarla bağlı da bir sıra məlumatları veririk. Sizə təqdim edəcəyimiz qarışıqla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

Lazım Olan Ərzaqlar:

  • Yarım stəkan əzilmiş zəncəfil
  • Yarım stəkan rəndələnmiş qara turp
  • Yarım stəkan sarıkök
  • Yarım stəkan doğranmış ağ soğan
  • ¼ stəkan əzilmiş sarımsaq
  • 2 dənə acı bibər
  • 2 limonun suyu və qabığı
  • Alma sirkəsi
  • Bal

Qarışığın Hazırlanması:

Zəncəfil, turp, soğan, sarımsaq, bibər və limonu bir qaba qoyun.
Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkəni əlavə edin.
Qaranlıq otaqda 2-4 həftə saxlayın, ən yaxşı nəticəni 1 ayda alabilərsiniz. Qarışıq hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.

Qrip Simptomları Zamanı:

Təbii bal və sürtkəcdən keçirilmiş sarımsağın qarışığını hazırlamaq müalicəvi effekt verir. Yatmazdan öncə ilıq, qaynanmış suya, ya da südə 1 xörək qaşığı bal əlavə edərək qəbul etməkdə müsbət təsir göstərir. Qripdən şübhələndiyiniz zaman xüsusi bitki tərkibi ilə müalicə olunmaq məqsədə uyğundur. Bunun üçün 1 xörək qaşığı təbii balı, 1 xörək qaşığı itburnu, qarağat və moruq qarışığını qaynar suya töküb 15 dəqiqə gözləmək lazımdır. Belə müalicəni gündə üçdəfə yeməkdən yarım saat əvvəl, 0,5 stəkan içmək lazımdır.

Hərarət Azaldan və Sətəlcəmə Qarşı Vasitə:

Kimilərinə soyuqdəymə zamanı qeyd etdiyimiz müalicə metodlarından isifadə etməsi faydalıdır: 1 xörək qaşığı cökənin güllərini və moruğun gilə meyvələrini 2 stəkan isti suya tökün, 5 dəqiqə qaynadın və soyumaq üçün kənara qoyun. Həlim soyuduqdan sonra süzün və üzərinə 2 xörək qaşığı bal əlavə edib həll edin. Müalicəvi içkini gündə 3-4 dəfə, 0,5 stəkan qəbul etmək məqsədə uyğun olar.

Anginadan Qorunma Vasitəsi kimi Növbəti Tövsiyyə:

1 xörək qaşığı bal və çobanyastığını (aptekdən əldə edə bilərsiniz) 250 ml qaynar suya əlavə edib, dəm alması üçün gözləyin (yarım saatdan az olmamaq şərti ilə). Gündə üç dəfə yaxalama üçün istifadə edin.

Radikulit, ya da Revmatizm Ağrılarından Azad Olmaq Üçün Xalq Təbabətində Bunlar Məsləhət Görülür:

Turpu kəsərək içi ovulur. İçərisini balla doldurularaq, 4 saat saxlanılır. Sonra yaranan şirə ilə ağrılı yerləri ovxalamaq məsləhət görülür.

Müntəzəm istifadə etsəniz müsbət nəticə əldə edərsiz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir