Sağlam olmaq istəyirsiniz? Bol-bol meyvə yeyin.
Bilməlisiniz ki, bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur!
- Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər və yaddaşımızı gücləndirir!
- Meyvələr mükəmməl lif qaynağıdır!
- Meyvələr vitamin və mineral baxımından çox zəngindir!
- Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun)
- Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!
Gilas
- Güclü bir ağrı kəsicidir,
- Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər
- Qəbzliyi aradan qaldırır,
- Nikotinin vücuddan atılmasına kömək edir,
- Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər,
- Öd kisəsi daşının tökülməsinə kömək edir,
- Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;
(100 qr. gilas=70 kalori)
Üzüm
- Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyir,
- Qaraciyəri təmizləyər,
- Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yeniləyicidir,
- Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir,
- Uşaqların inkişafı üçün çox faydalıdır.
- Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın;
(100 qr. üzüm=65 kalori)
Şaftalı
- Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur,
- Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır,
- Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir,
- Böyrək daşı sökücüdür;
(1 ədəd orta şaftalı=42 kalori)
Ərik
- Qan bərpaedicidir, qan azlığına xeyirlidir,
- Gözəl bir cild və saç üçün yaxşı təsiri vardır,
- Özəlliklə ağciyər xərçənginin qarşısının alınmasına kömək edər,
- Ürək xəstəliklərinə xeyirlidir,
- Sümük əyilməsinin qarşısını alır,
- Əsəbləri sakitləşdirib, yuxu gətiricidir,
- Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır,
- Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verər;
(1 dənə ərik=15 kalori)
Əncir
- Bağırsaqları çalıştırır,
- Enerji verir,
- Cinsəl gücə yardım edir,
- Yüksək qan təzyiqini azaldır,
- Sümük möhkəmliyini artırır;
(1 dənə orta əncir=37 kalori)
Ananas
- Bakteriya və parazitlərlə mübarizədə faydalıdır,
- Həzmi asanlaşdırır ,
- İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir;
(1 qalın dilim ananas=43 kalori)
Alma
- Qanı və böyrəkləri təmizləyir,
- Cildə parlaqlıq və gözəllik verir,
- Soyuqdəyməyə və öskürəyə xeyirlidir,
- Xolsetrolu azaldır,
- Həzm sistemindəki narahatlığa kömək edir,
- Baş ağrısına xeyirlidir,
- Yüksək təzyiqi salır,
- Qandakı şəkəri nəzarətdə saxlayar,
- Revmatizmaya kömək edir,
- Yuxusuzluğa yaxşıdır,
- Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir;
(1 dənə balaca alma=63 kalori)
Kivi
- Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var,
- Kivinin bitki mənşəli qidanları DNT`ni qoruyar,
- Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır,
- Xərçəngin yaranmasına mane olur.
- Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır;
(1 dənə kivi=46 kalori)
Banan
- Ürəyə və əzələ sisteminə yararlıdır,
- Yorgunluğa xeyr edir,
- Yüksək təzyiqin qarşısını alır,
- Yuxuyu rejimə salır,
- Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir,
- Xolestrolu azaldır və mədə ağrısına faydalıdır
- Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir;
(1 dənə banan=105 kalori)
Albalı
- Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az kaloridir
- Qızdırmanı salır, susuzluğu keçirir.
- Tündə rəngli albalı açık rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir;
(100 qr. albalı=50 kalori)
Greyfurt
- Soyuqdəyməyə yaxşıdır,
- Həzmi asanlaşdırır,
- Diş əti qanamasını azaldır,
- Xırda damarlardakı qan dövranını sürətləndirir ,
- Mədə xərçənginə tutlmaq riskini azaldır,
- Təzyiqi normallaşdırır,
- Böyrəkdaşı sökücü özəlliyi vardır
- Yağlı yeməklərin ardından içilən greyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır;
Portağal
- Soyuq dəyməyə və qripə yardım edir,
- Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır,
- Ürək xəstəliklərinə və iflicdən qoruyur,
- Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir,
- Mədə xərçənginin qarşısını alma təsiri var,
- Təzyiqi normallaşdırır.
- İçindəki minerallar cildin quruyub, qırışlanmasının qarşısını alır,
- Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir,
- Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir,
- Öd sekresiyasını artırar;
(1 ədəd portağal=60 kalori)
Çiyələk
- Stresə xeyr edir, sakitləşdirici təsiri vardır,
- Siqaret tüstüsün təsirini azaldır. Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.
- Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır,
- Xərçəngə tutulmaq riskini azaldır,
- Mədə və bağırsaq zəifliklərini aradan qaldırır,
- Öd kisəsi xəstəliklərinə xeyirlidir,
- Yüksək qızdırmanı salır,
- Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini yaranmasının qarşısını alır,
- Cildə canlılıq verir;
(100 qr. Çiyələk=30 kalori)
Armud
- Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar,
- Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır,
- Qansızlıya və qəbizliyə yaxşı gəlir;
(1 dənə kiçik armud=82 kalori)
Yemiş
- Qanı təmizlələr,
- Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır,
- Narahatlıq və yuxusuzluğa xeyirlidir,
- Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;
(100 gr. yemiş=26 kalori)