Sağlamlığınız Üçün Bol Meyvə Yeyin!

Sağlam olmaq istəyirsiniz? Bol-bol meyvə yeyin.

Bilməlisiniz ki, bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! 

  • Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər və yaddaşımızı gücləndirir! 
  • Meyvələr mükəmməl lif qaynağıdır! 
  • Meyvələr vitamin və mineral baxımından çox zəngindir! 
  • Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun) 
  • Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır! 

Gilas

  • Güclü bir ağrı kəsicidir, 
  • Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər 
  • Qəbzliyi aradan qaldırır, 
  • Nikotinin vücuddan atılmasına kömək edir, 
  • Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər, 
  • Öd kisəsi daşının tökülməsinə kömək edir, 
  • Üzdə olan sızanaqların təmizləməsinə kömək edir; 

(100 qr. gilas=70 kalori)

Üzüm 

  • Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyir, 
  • Qaraciyəri təmizləyər, 
  • Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yeniləyicidir, 
  • Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir, 
  • Uşaqların inkişafı üçün çox faydalıdır. 
  • Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın; 

(100 qr. üzüm=65 kalori)

Şaftalı 

  • Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur, 
  • Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır, 
  • Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir, 
  • Böyrək daşı sökücüdür; 

(1 ədəd orta şaftalı=42 kalori)

Ərik

  • Qan bərpaedicidir, qan azlığına xeyirlidir, 
  • Gözəl bir cild və saç üçün yaxşı təsiri vardır, 
  • Özəlliklə ağciyər xərçənginin qarşısının alınmasına kömək edər, 
  • Ürək xəstəliklərinə xeyirlidir, 
  • Sümük əyilməsinin qarşısını alır, 
  • Əsəbləri sakitləşdirib, yuxu gətiricidir, 
  • Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır, 
  • Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verər; 

(1 dənə ərik=15 kalori)

Əncir

  • Bağırsaqları çalıştırır, 
  • Enerji verir, 
  • Cinsəl gücə yardım edir, 
  • Yüksək qan təzyiqini azaldır, 
  • Sümük möhkəmliyini artırır; 

(1 dənə orta əncir=37 kalori)

Ananas 

  • Bakteriya və parazitlərlə mübarizədə faydalıdır, 
  • Həzmi asanlaşdırır , 
  • İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir; 

(1 qalın dilim ananas=43 kalori)

Alma

  • Qanı və böyrəkləri təmizləyir, 
  • Cildə parlaqlıq və gözəllik verir, 
  • Soyuqdəyməyə və öskürəyə xeyirlidir, 
  • Xolsetrolu azaldır, 
  • Həzm sistemindəki narahatlığa kömək edir, 
  • Baş ağrısına xeyirlidir,
  • Yüksək təzyiqi salır, 
  • Qandakı şəkəri nəzarətdə saxlayar, 
  • Revmatizmaya kömək edir, 
  • Yuxusuzluğa yaxşıdır, 
  • Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir; 

(1 dənə balaca alma=63 kalori)

Kivi

  • Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var, 
  • Kivinin bitki mənşəli qidanları DNT`ni qoruyar, 
  • Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır, 
  • Xərçəngin yaranmasına mane olur. 
  • Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır; 

(1 dənə kivi=46 kalori)

Banan

  • Ürəyə və əzələ sisteminə yararlıdır, 
  • Yorgunluğa xeyr edir, 
  • Yüksək təzyiqin qarşısını alır,
  • Yuxuyu rejimə salır, 
  • Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir, 
  • Xolestrolu azaldır və mədə ağrısına faydalıdır 
  • Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir; 

(1 dənə banan=105 kalori)

Albalı

  • Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az kaloridir 
  • Qızdırmanı salır, susuzluğu keçirir. 
  • Tündə rəngli albalı açık rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir; 

(100 qr. albalı=50 kalori)

Greyfurt

  • Soyuqdəyməyə yaxşıdır, 
  • Həzmi asanlaşdırır, 
  • Diş əti qanamasını azaldır, 
  • Xırda damarlardakı qan dövranını sürətləndirir , 
  • Mədə xərçənginə tutlmaq riskini azaldır, 
  • Təzyiqi normallaşdırır, 
  • Böyrəkdaşı sökücü özəlliyi vardır 
  • Yağlı yeməklərin ardından içilən greyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır;

Portağal 

  • Soyuq dəyməyə və qripə yardım edir, 
  • Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır, 
  • Ürək xəstəliklərinə və iflicdən qoruyur, 
  • Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir, 
  • Mədə xərçənginin qarşısını alma təsiri var, 
  • Təzyiqi normallaşdırır. 
  • İçindəki minerallar cildin quruyub, qırışlanmasının qarşısını alır, 
  • Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir, 
  • Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir, 
  • Öd sekresiyasını artırar; 

(1 ədəd portağal=60 kalori)

Çiyələk 

  • Stresə xeyr edir, sakitləşdirici təsiri vardır, 
  • Siqaret tüstüsün təsirini azaldır. Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir. 
  • Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır, 
  • Xərçəngə tutulmaq riskini azaldır, 
  • Mədə və bağırsaq zəifliklərini aradan qaldırır, 
  • Öd kisəsi xəstəliklərinə xeyirlidir, 
  • Yüksək qızdırmanı salır, 
  • Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini yaranmasının qarşısını alır, 
  • Cildə canlılıq verir; 

(100 qr. Çiyələk=30 kalori)

Armud 

  • Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar, 
  • Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır,
  • Qansızlıya və qəbizliyə yaxşı gəlir; 

(1 dənə kiçik armud=82 kalori)

Yemiş 

  • Qanı təmizlələr,
  • Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır, 
  • Narahatlıq və yuxusuzluğa xeyirlidir,
  • Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;

(100 gr. yemiş=26 kalori)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir