Ruhi Əliyeva: Xocalı, Gəncə və Bərdənin qisasını döyüş meydanında al!

Ruhumuz, qəlbimiz və fikrimiz həmişə sənin yanındadır. Bu haqq savaşında qələbə mütləq Sənin olacaq. Doğma yurdlarımız məhz Sənin sayəndə düşmən tapdağından azad olur.

9AY.az Saytı bildirir ki, bu sözləri “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva deyib.

“Mən bir azərbaycanlı xanım olaraq Sənin üçün əlimdən gələni etməyə hazıram. İynənin ucu qədər Sənə dəstək olanda, sovqat göndərəndə özümü necə xoşbəxt və rahat hiss edirəm, bunu Sənə sözlərlə anlatmağa acizəm. Unutmayın ki, bütün Azərbaycan xalqı Sənin arxandadır və Sənin üçün hər saniyə dua edir.

Özünü hiyləgər, şərəfsiz və alçaq düşməndən qoru, Azərbaycanın rəşadətli əsgəri! Mənfur, cəllad düşmənə zərrə qədər rəhmin gəlməsin. Xocalı, Gəncə və Bərdənin qisasını döyüş meydanında al və bir an tərəddüd etmədən erməni cəlladlarını məhv et! Döyüşlərdə özünü, dostlarını və komandirlərini qoru.

Uca Allahdan istəyim və arzum yalnız budur: Tanrı Səni pənahında saxlasın və əzizlərinin yanına sağ-salamat qayıtmağı nəsib etsin. Amin!” – o bildirib.

Ruhi Əliyeva: “Səninləyik, Azərbaycan Əsgəri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.