Qadınlarda Libidonun Düşməsinin Səbəbi

Qadınlarda Libidonun düşməsi cinsi istəyin azalmasına işarədir. Bəs libidonun düşməsinə səbəb nədir? Bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Partnyorunuzdan incimisinizsə…

Partnyorunuzla olan münasibətinizdə problem, sizi rahatsız edən hər hansı bir məqam varsa, bu, cinsi həyatınıza da mənfi təsir göstərəcək. Ağlınızda cavab tapmamış suallar olduqca, özünüzü həyat yoldaşınızla rahat hiss etməyəcəksiniz. Bu halda öncə onunla birlikdə xoşlandığınız şeyləri edin. Ardından da rahatsızlıq duyduğunuz mövzuları onunla danışın.

Bədəninizi bəyənmirsinizsə…

Bədəninizi bəyənməməyiniz, ya da partnyorunuzun bədəniniz haqqında düşünülmədən söylədiyi bir söz sizi cinsəllikdən soyuda bilər. Bu durumda öncə özünüzlə barışın.

Partnyorunuz başqa qadınlara baxır

Əlbəttə, partnyorunuzun başqa qadınlara baxması sizi rahatsız edir. Buna görə ondan küsməmişdən öncə xəbərdarlıq edin. Ona özünüzü pis duyduğunuzu, cinsəl həyatınıza mənfi təsir etdiyini bildirin.

İstifadə edilən bəzi dərmanlar

Bəzi dərmanlar, ya da tiroid pozuntusu kimi sağlamlıq problemləri cinsi duyğularınızı təsirləndirə bilər.

Yataqda yaxşı olmaması

30 yaşların ortasında olan qadınların bir çoxu həyat yoldaşlarının çox yaxşı bir ata olmalarını, ancaq yataqda yaxşı olmadıqlarını etiraf ediblər. Partnyorunuzla buna oxşar bir hal yaşayırsınızsa, ona yataq otağında nələr istədiyinizi söyləyib, bacarığının daha da güclənməsinə yardım edə bilərsiniz.

Uzun müddətli bərabərlik

“Yolun sonunda bütün böyük sevgilər dağıla bilər”, – deyir Mary Jo Rapini. Uzun müddətli münasibətlərdə qadınların kişilərdən daha tez darıxdığını da əlavə edir. Yeni şeylər etməyə açıq olun. Bunun üçün internetdən yeni fikirlər axtara bilərsiniz. Yataq otağınıza gələcək hər yenilik yeni bir oyuna çevrilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir