Psixoterapiya Nələrə Qadirdir?!

Yaşadığımız hadisələr, keçirdiyimiz hisslər, düşündüyümüz fikirlər izsiz keçmir. Hər bir hadisə beynimizin bir küncündə öz yerini alır – yaxşısı da, pisi də.⠀

Beynimizi bir kompüter kimi təsəvvür edək. Həmin kompüterdə qovluqlarda şəkillər, yazılar, audiolar, videolar bir-birinə qarışıb və yeni material üçün artıq yer olmadığını bildirən bildiriş gəlir.⠀

Bir dəfə gəlir – insan eşitmir, 2 dəfə gəlir – insan yenə ayılmır. Kompüterin beynində yer çatmadığına görə onu azad etmək üçün hansısa detal sıradan çıxır. Bunu da bizim hər hansı bir orqanımız kimi təsəvvür edin.⠀

Psixoterapiya nə edir? Həmin kompüterdə olan qovluqları yerbəyer edir, lazımsızları tullayır, lazımlıların yerini bərkidir.⠀

Nəticədə dolmuş beyni boşaldaraq hər hansı orqana zərər verməyin, ya da hər hansı başqa simptomun yaranmasının qarşısını alır. Bundan başqa əgər orqanlarda səbəbsiz ağrılar varsa, hər hansı təşviş pozuntuları yaranıbsa – onları da aradan qaldırır.

Yaşanmış müəyyən situasiyaların təsirini yığışdıraraq bədəndə olan ağrılar keçir, özünü dəyərləndirmə artır, beyində yığılıb qalan enerji orqanların sıradan çıxarılmasına deyil, azad olaraq yeni perspektivli yolların açılmasına, yeni ideyalara gətirib çıxarır.⠀

Özünü tanıma, sağlam və maraqlı yaşam, daxili potensialın ortaya çıxarılması, bədən ağrılarının yox edilməsi, yaradıcılıq ruhunun açılması, orqanların sağalması, arıqlama prosesi və daha nələr, nələr – bütün bu işləri və qeyd etmədiyim hər bir işi psixoterapiya görür.⠀

Çünki insanı idarə edən, onu proqramlaşdıran yalnız bir başlıca orqan var: o da ki, beyindir! Beynimizi, yəni əsas kompüterimizi təmiz saxlasaq, onu vaxtaşırı boşaltsaq – həyatımızı sağlam və xoşbəxt yaşayarıq.⠀

Bunun üçün isə psixoterapiya köməyimizə gəlir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir