Orqanizmə və Diş Sağlamlığına Xeyirli Çay

Yaşıl çayın sağlamlığa faydaları haqqında bir çox internet mənbələrində məlumatlarla rastlaşırıq.

İnsanın möhkəm və uzunömürlü olmasına təsirli olan bu çay antioksidant özəllikləri ilə başqa çaylardan fərqlənir.

Yeditepe Universiteti (Türkiyə) Əczaçılıq fakültəsi bildirib ki, yaşıl çay uzaq şərqdə həm içki, həm də dərman kimi istifadə edilib.

Onu da qeyd etmək lazımdır ki, müalicəvi özəllikləri ilə insan orqanizmini zərərli maddələrdən təmizləyir və immun sisteminin güclü olmasına kömək edir. Onkoloji xəstəliklərin müalicəsində dərman kimi istifadə oluna bilər.

Yaponiyada 49 ilə 59 yaşları arasında 940 insan üzərində aparılan araşdırmaya görə bu çay diş əti xəstəliklərinə təsirlidir.
Tədqiqatçıların fikrincə bunun köməkliyi ilə orqanizmdə intoksikasiya səviyyəsini belə azaltmaq olur.

Eyni zamanda o da bildirilir ki, yaşıl çay terapiyası hüceyrələrin bərpasını sürətləndirir, kimyəvi və radiasiya olan əks təsirləri azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.