Hər bir qadında vagina başqa-başqa uzunluqda və genişlikdə ola bilər. Vagina toxumasının özəllikləri və keyfiyyətindən asılı olaraq yığılma və genişlənmə xüsusiyyəti var. Bu xüsusiyyət hər bir qadının təbii doğuş edə bilməsi üçün normal bir haldır. Yenə doğuşlarla bağlı uşaqlıq yolu yan divarlarında çatlar, ya da dərinləşdikdə yırtıqlar ola bilir, vagina normadan çox artıq genişlənə bilir. Hansı ki, cinsi əlaqə zamanı vaginanın darlığı həm kişi, həm də qadınlar üçün çox önəmlidir. Normada qadınlar cinsi əlaqə zamanı vaginanın yan divar əzələlərini yığaraq vaginanı darlaşdıra bilərlər. Ancaq çox doğuşu olan qadınlarda bu əzələlər boşalır. Bir çox qadınlar bu əzələləri necə gücləndirməyi bilmirlər.
Vaginadakı genişlik kişilərdə cinsi yaşayış zamanı aldıqları həzzi azaldır. Vaginanın çox geniş olması zamanı içəriyə hava qaçaraq cinsi əlaqə zamanı qaz çıxarma tərzində səslər yarada bilir və bu da hər 2 tərəfə olduqca pis duyğular yaşadır. Qadınlar problemin nə olduğunu və nədən qaynaqlandığını bilmədiklərindən, ya da utandıqlarından dolayı hələ də həkimlərinə bu tip problemlərini söyləməyə çəkinirlər. İndiki çağlarda isə bu tip problemləri konservativ, ya da cərrahi müalicə ilə düzəldə bilirik. Elə bu məqsədlə vaginada aparılan əməliyyatlara Vaginoplastika deyilir.
Vaginoplastika əməliyyatı anatomik quruluşundan, öndə sidik kisəsi, arxada düz bağırsaq ilə qonşu olan ciddi bir zonada aparıldığına görə vaginal cərrahiyyədə böyük təcrübəsi olan ginekoloq cərrah tərəfindən aparılmalıdır. Bu səbəblə də genital estetika sahəsində yetərincə təcrübəsi olmayan həkimlər və özəlliklə də genital zonada profesionallığı olmayan plastik cərrahlar tərəfindən genital estetik əməliyyatlar aparılmamalıdır.
Əməliyyat ümumi anesteziya altında aparılır. Bu əməliyyatın müddəti əməliyyat olunacaq zonaya və görüləcək işlərə görə dəyişir. Vaginoplastika əməliyyatı başlıca olaraq 45 dəq-1,5 saat çəkir. Bu zaman sorulan saplardan istifadə edildiyinə görə postoperasion dövrdə sap sökülməsindən söhbət gedə bilməz. Xəstə haradasa 1,5-2 ay sonra cinsi həyatına qayıda bilir.