Kasparovun “Şahmatı atsın, uşaq doğsun” dediyi 26 yaşlı Yudit Polqar onu udur

Şahmat üzrə 13-cü Dünya Çempionu Harri Kasparov bir vaxtlar “sirk kuklası” adlandırdığı macar qadın şahmatçı Yudit Polqara (Judit Polgár) 42 gedişdə uduzmuşdu.

Kasparov oyundan əvvəl Polqar üçün “Şahmatı atsın, uşaq doğsun” demişdi. 1989-cu ildə Kasparov mətbuata verdiyi açıqlamada qadınların şahmatda zəif olduqlarını və missiyalarının ərlərini dəstəkləmək olduğunu bildirmişdi.

2002-ci ildə 26 yaşlı gənc qız o və onun kimi bütün dünya çempionlarını məğlub etmiş ilk qadın şahmatçı ünvanını əldə etdi.

Oyundan sonra Polqar “Qələbə qazanmaq, mənə inanmayan bütün çempionlara qalib gəlmək gözəl idi. Ancaq bu qədər qadına ilham mənbəyi olmaq daha gözəl duyğudur” demişdi.

Judit Polgar defeating Kasparov – Russia vs Rest of the World

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir