“Bir gün qabaq çəkiölçməyə çıxanda rəqiblə üz-üzə gəldim və onun sifətini gördüm. Gecəni yatmadım ki, səhər açılsın, onu əzim”.
9 AY YALAN.info-ya istinadən bildirir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində Yusif Fighting Championship (YFC-9) təşkilatının keçirdiyi yarışda Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gələn Azərbaycanın MMA döyüşçüsü Gözəl Zutova deyib.
36 yaşlı idmançı rəqibi erməni olduğu üçün hirsinin daha da artdığını söyləyib: “Onu vurduqca yenə vurmaq istəyirdim. Bir gün əvvəl çəkidə kəməri göstərib ucadan qışqırırdı ki, bu, mənim olacaq. Amma istəyinə çatmadı. Müəllimim Yusif Əliyev mənə dedi ki, rəqibin sözlərinə fikir vermə, onun başını əz”.
Zutova idmanda dostluq və qardaşlığın da olduğunu xatırladıb: “Bəzən qardaş qardaşı ilə də döyüşə bilər. Ancaq düşmənlə görüşəndə hər şey kənarda qalır. Bu, mənim 11-ci qarşılaşmam idi. Heç birində belə əsəbi olmamışdım. Şəhidlərimiz gözümün önünə gəlmişdi. Onu dəmir yumruqla vurdum, ona bizim dəmir yumruğun gücünü hiss etdirdim”.