Fitoterapiya: Otların Köməyi İlə Xəstəliklərdən Müalicə

Müasir tibbdə də fitoterapiyadan (otlarla müalicə) geniş istifadə olunur.

Fitoterapiya arıqlamaq istəyən insanlara da yardımçı ola bilər. Arıqlamaqdan əlavə fitoterapiya üsulları orqanizmi işlaklar və toksinlərdən təmizləyir, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Təbii ki, otların qəbulundan başqa arıqlamaq istəyən insanlar qıdalanmasında müəyyən dəyişikliklər etməli və minimal şəkildə olsa da idmanla məşğul olmalıdır.

Arıqlamaq məqsədi ilə istifadə olunan otlar

  • İştahanı azaldan otlar: kətan toxumu, gülxətmiotun kökü, spirulina yosunları, mələkotu, fukus (yosunlar növü) və b.
  • Həzm sisteminin fəaliyyətini yaxşılaşdıran və bağırsaqları təmizləyən otlar: şüyüd, cəfəri, cirə, razyana, murdarçanın qabığı və b.
  • Öd və sidik qovucu effekti olan otlar: qatır quyruğu, solmaz çiçəyi, qarğıdalı saçaqları, zərinc, zəncir otu və b.
  • İşlətmə effekti olan otlar: sənaotu, cirə, boyma dərən, çoban yastığı və b.
  • Mübadilə prosesləri yaxşılaşdıran otlar: gicitkən, toz ağacının yarpaqları, dəvə dabanı və b.
  • Energinin sərf edilməsini artıran otlar: ilk növbədə bu ədviyyatlardır-rozmarin, zəncəfil, darçın, kurkuma və b.

Bu otları ayrı-ayrılıqda, ya da qarışıq şəkildə (bir neçə müxtəlif təsiri olan otlarla) istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, bu otlarda müəyyən sxem şəklində və müəyyən müddət ərzində qəbul oluna bilər. Qaydasız və geyri-məhdud şəklində qəbul olunduqda bu otlar insana yalnız ziyan gətirəbilər!

Beləliklə, otlarla arıqlama zamanı bu kimi qaydalara riayət etmək lazımdır:
Ot dəmləmələrini uzun müddət ərzində qəbul etmək olmaz. Otlar 1,5-2 ay ərzində qəbul oluna bilər. Sonra müəyyən ara vermək gərəkdir.
Otları qəbul etməzdən öncə mütləq həkimlə məsləhətləşin. Bir sıra böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəlikləri bu otların qəbulu üçün əks göstəriş sayılır. Hətta ən “zərərsiz” otlar belə, müəyyən durumlarda insanın sağlamlığına ziyan vura bilər, bu insanda olan xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb olur.

Otları qəbul etdiyiniz zaman səhhətinizdə hər hansı dəyişiklik yarandıqda, bu zaman mütləq həkimə müraciət edin.

Hamiləlik zamanı bu otların bəzilərinin qəbulu hamiləliyin pozulmasına gətirib çıxara bilər.

Allergik xəstəlikləri olan insanlar da ehtiyatlı olmalıdır. Hər hansı allergik simptom meydana çıxdıqda (səpgilər, öskürək və b.) otların qəbulunu dayandırmaq lazımdır.

Ot dəmləmələrini hər qəbul etdikdən əvvəl hazırlamaq lazımdır. Dəmləmə təzə olmalıdır ki, lazım olan effekti versin.
Dəmləmələri növbə ilə qəbul etmək olar – bir həftə bir dəmləmə, növbəti həftə- digər dəmləmə və b. Bu halda effekt daha yaxşı olur.
Dəmləmələri gün boyunca 3-4 dəfə qida öncəsi qəbul etmək lazımdır.

Otlarla arıqlama üsulu çox tez və gözə çarpan effect verməsə də, arıqlama sağlam şəkildə baş verir. İnsan arıqlamaqdan başqa öz orqanizmini daha sağlam edir.

Müxtəlif mənşəsi bilinməyən arıqlamaq üçün olan preparatlar, güclü işlətmə dərmanları və b. Bəzən tez effect versə də, orqanizmə ziyan vurur. Bu preparatların köməyi ilə itirilən çəki tez bir zamanda geri qayıdır.
Arıqlamaq üçün otdəmləmələri bu üsulla hazırlanır. Yuxarıda qeyd olunan hər qrup otlardan eyni miqdarda 1 növ ot götürülür (məsələn, 20 qr hər hansı iştahı azaldan ot +20 qr hər hansı öd və sidik qovucu effekti olan ot +20 qr hər hansı işlətmə effekti olan ot hər hansı 20 qr mübadilə prosesləri yaxşılaşdıran ot və b.). Bitkilər xırdalanır və yaxşı qarışdırılır. Daha sonra bu qarışıqdan 1 xörək qaşığı ot götürülür və 250 qr qaynar suda 1 saat ərzində dəmlənir. Sonra dəmləməni qəbul etmək olar.

Nəzərinizə çatdıraq ki, sizdə hər hansı xroniki xəstəliklər, ya da pozulmalar varsa, istənilən bitkiləri qəbul etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır!

2 thoughts on “Fitoterapiya: Otların Köməyi İlə Xəstəliklərdən Müalicə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir