Fitness və Bodibildinq Haqqında Bilmədiklərimiz

Fitness nədir? Fitness hərfi anlamda “Sağlam formada olmaq” deməkdir. Bu məşqə əsaslanan bir idmandır. Fitness zamanı qaçış, velosiped sürmək və bunlar kimi ba.qa yüngül məşqlər edilir ki, qeyd edilənlər də sağlamlıq üçün önəmlidir. Fitnesslə məşğul olan insanda əzələlər o qədər də böyümür, sadəcə sıxlaşır və bədən estetik bir forma alır.

Pəhrizin fitnessdə rolu nədir?

Fitnesslə məşğul olarkən yüngül çəkidə qalmaq istəyirsənsə, pəhriz saxlamalısan. Pəhrizdə isə yağlı, duzlu, şirin yeməklərə çox üstünlük verilməməlidir. Yemək rasionuna meyvələr əlavə olunmalıdır. Su mütamadi olaraq içilməlidir. Qazlı suları içmək məsləhət görülmür.

Fitnesslə məşğul olmaq bizə nə verir?

Fitnesslə məşğul olmaq ilk növbədə, bizə sağlamlığımızı qorumaqda və formada qalmaqda yardımçı olur, daha sonra fitness düzgün bədən quruluşu formalaşdırır. Bunlardan başqa fitnesslə məşğul olan insanlar özlərini daha yaxşı hiss edir, çox yaşayır və effektiv işləmək gücü əldə edirlər. Fitnesslə məşğul olduqda orqanizm üçün çox önəmli sayılan maddələr mübadiləsi daha yaxşı baş verir ki, nəticədə immun sistemi güclənir.

Bodibildinq nədir? Bu idman növü bizə nə qazandırır?

Bodibildinq (ingiliscə: body-bədən, building-qurmaq), ya da kulturizm – xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişafı, şişirdilməsidir. Bu idman növünün bir sıra faydalı cəhətləri vardır. Boldibildinq əzələ gücünü, əzələ dözümlülüyünü artırır, bədənə çox gözəl forma verir, sümükləri, oynaqları bərkidir, sağlamlığı və fiziki hazırlığı kifayət qədər yaxşılaşdırır.

Fitnesslə bodibildinqin ümumi və fərqli cəhətləri hansıdır?

Fitness və bodibildinq ümumi cəhətdən eynidir. Fərqli cəhəti isə ondan ibarətdir ki, bodibildinqçilər fitnessçilərdən daha çox kalori qəbul edirlər. Onların fərqli cəhətlərindən biri də budur ki, bodibildinqlə məşğul olanlar daha çox güc və daha böyük əzələ kütləsinə sahib olurlar. Fitnessçilər isə sadə formaya sabib olmaq istəyirlər. Ona görə də bodibildinq ağır məşq, fitness isə yüngül məşq sayılır.

Fitnesslə məşğul olarkən idman qidalarına ehtiyac varmı?

İlk başlarda bu qidalara ehtiyac olmur, lakin sonralar olur. Çünki müəyyən vaxtdan sonra əzələ tükənir. Ümumiyyətlə, məşq edəndə orqanizm ağır yüklərə məruz qalır. İdman qidalarının qəbulu orqanizmin qısa müddət ərzində bərpasını təmin edir. İdman qidaları həm də məşqin nəticələrini daha effektiv edir. Bu qidalar, həmçinin, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır. Bu idman növünün hər zaman qidalara ehtiyacı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir