Bizi İdarə Edən 7 Əsas Hormon və Onların Disbalansının Əlamətləri

Hormonal disbalans orqanizmə mənfi təsir göstərən amillərdəndir. Hormonlar ayrıca orqan olmasalar da onların orqanizmdə az, ya da çox olması mütləq şəkildə insan həyatını dəyişir. İnsan bədənində müxtəlif funksiya və prosseslərə cavabdeh olan bir çox növ hormonlar var.

Çox zaman insanlar həkimə müxtəlif problemlərlə bağlı müraciət edərkən yalnız orqan müayinəsindən keçirlər. Analiz verməyi artıq xərc kimi düşünürlər. Halbuki orqanizmdə yaranmış hormonal disbalans müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər və bunun öyrənilməməsi ilə yalnış müayinə aparılması nəticəsində yeni-yeni xəstəliklərə yol aça bilər.

Hormonlar orqanlara siqnallar ötürərək əhval-ruhiyyəmizi, enerji səviyyəmizi, bədən temperaturunu, həzm prosesini tənzimləyirlər. Bunu müayinə zamanı mütləq şəkildə nəzərə almaq lazımdır.

Orqanizmdə ən çox ifraz olunan 7 hormon və onların çatışmazlığı zamanı yaranan əlamətlər bunlardır:

İnsulin Hormonu

İnsulinlə bağlı bir çox insanlar məsələ 2-ci tip diabet başlayana qədər bilmirlər. İnsulin disbalansının ilkin simtomları xəstəliyin yaranma riski ilə bağlı məlumat verə bilər. Diabetöncəsi metobolik sindrom o deməkdir ki, orqanizm insulin ifraz edir, ancaq onu gərəkli şəkildə istifadə etmir.

Simtomlar: Şirniyyata meyl, yemək gecikəndə qıcıqlanma, kofe asılılığı, yüksək iştah, gərginlik, inciklik və əsəbilik, pis yaddaş, görmə bulanıqlığı, yeməkdən sonra yorulma duyğusu, şirniyyat yeyilsə də şəkərə meyilin azalmaması, bel bölgəsinin çanaq hissədən daha böyük olması, tez- tez sidiyə getmə, susuzluq, çəki itirə bilməmək.

Kortizol Hormonu

Kortizol əsas stres hormonudur, kortizol disbalansı böyrəküstü vəzilərin yorulmasına gətirib çıxarır.
Bu problem başqa sözlə desək böyrəküstü vəzilərin deyil, beyninizin böyrəküstü vəzilərlə əlaqəsinin disfunksiyasıdır. Böyrəküstü vəzilərin yorğunluğu beynin stres mənbəyidir, xroniki stresi azaltmaqla bu problemin həllində açardır.

Simptomlar: Ayağa qalxarkən başgicəllənmə, gündüzlər başağrısı, qanda şəkər səviyyəsində problem, xroniki iltihab, zəif dırnaqlar, əhvalın pozulması, çəki itirməkdə çətinlik, duzlu və şirin qidalara meyl, libido səviyyəsinin azlığı (cinsi istək), gündüz yorulub, axşam gümrah olmaq, yuxusuzluq.

Qalxanabənzər Vəzin Hormonu

Qalxanabənzər vəzin hormonları orqanizmin hər hüceyrəsi üçün önəmlidir. Bu vəzin hormonal disbalansı zamanı yaranan simptomlar: Depressiya və motivasiyanın olmaması, səhərlər baş ağrısı, qaş, kiprik və saçların seyrəlməsi, saç tökülmələrinin artması, quru dəri, psixi ləngimə, yorğunluq, əl və ayaqlarda soyuqluq, məhsuldar işləyə bilmək üçün çoxlu yatmaq istəyi, azkalorili dietdə belə çəkinin artması, bağırsaqların çətin işləməsi.

Estrogen Hormonu

Orqanizmdə E1, E2, E3 formalı estrogenin uyumu hər iki cinsin nümayəndələri üçün həlledici rol oynayır. Estragen disbalansı yaşayan xəstələrdə ürək xəstəlikləri və xərçəng xəstəliyinə daha çox rast gəlinir.

Əlamətləri: Qarının şişməsi, qaz toplanması, süd vəzilərində ağırlıq, əhvalın tez–tez korlanması, ağır menustral hallar, narahatçılıq duyğusu, depressiya, miqren, yuxususluq, beyinin dumanlı olması, sidik kisəsinin problemləri və zəiflik.

Proqestron Hormonu

Bu kişi hormonu olsa da hər iki cins üçün vacibdir. Əlamətləri – yuxusuzluq, qeyri sağlam dəri, sinədə ağrı, çəki itirmə problemləri, tez-tez baş ağrıları, narahatlıq və ən əsası isə sonsuzluqdur.

Testosteron Hormonu

Qadın və kişilərdə bu hormonun azlığı çox yayılıb. Qadınlarda testosteron azlığı aşağı seksuallıq səviyyəsi, süd vəzisi xərçəngi, ürək xəstəlikləri ilə müşayət olunur. Kişilərdə bu hal ölümə səbəb verə bilir. Əlamətləri – əl və qollarda həddən çox tüklənmə, yumurtalıqlarda polikistoz yaranması, hipoqlikemiya, qanda şəkərin qeyri sabitliyi, saçların seyrəlməsi, sonsuzluq, yumurtalıqlarda kist yaranması, spazmlar, çəki artımı, yorğunluq, zəif libido.

Leptin Hormonu

Yağ hüceyrələri hormonal sistemdə önəmli rol oynayır. Bu hormon orqanzimin enerjini qorumaq üçün yağdan necə istifadə edəcəyinə qərar verir. Əgər orqanzimdə leptin azdırsa o piylənməyə başlayır. Əlamətləri artıq çəki, çəki itirə bilməmə, yeməyə meyllilikdir.

Özümüzdə bu əlamətləri hiss ediriksə, mütləq analiz verib həkim müayinəsindən keçməyiniz önəmlidir. Əks halda bu gün asanlıqla həllini tapacaq bir problem hormon disbalansı nəticəsində yeni-yeni xəstəliklərə yol verə bilər.

One thought on “Bizi İdarə Edən 7 Əsas Hormon və Onların Disbalansının Əlamətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir