Atası azərbaycanlı olan türk kinosunun sultanı Türkan Şoray

Türk kinosunun sultanı titulunu daşıyan tanınmış aktrisa Türkan Şoray 1945-ci il iyunun 28-də İstanbulda doğulub. O, məmur ailəsinin ilk övladı idi. Bioqrafiyasında atası çərkəz əsilli yazılsa da, Türkan Şoray müsahibələrindən birində ata tərəfdən azərbaycanlı, Naxçıvandan olduğunu demişdi. İndiyədək bunu dilə gətirən yeganə mənbə də onun özüdür. Anası isə Selanikdəndir.

O, 1960-cı illərdə kino sahəsində özünü tanıdır, aktrisa kimi hamının ürəyində taxt qurur. Gözəlliyi, ələlxüsus gözləri, baxışı milyonlarla insanın ürəyini fəth edir. Hətta bir çox qadınlar həyat yoldaşına Türkan Şorayı qısqanırdı.

Şorayın atası vəfat etdikdən sonra ailə sıxıntılar içində yaşayır və anası Meliha Şoray qızının aktrisa olmasına dəstək olur. 

Türkan kinoya necə gəldiyindən danışarkən deyir: “Kinoya gəlişim belə oldu: qonşuluqda film çəkmək üçün komanda gəlmişdi, baş rolda oynayan aktrisanı görəndə düşündüm, nə gözəl xanımdır. Bu qadın Muhterem Nur idi. Bir kişi yanıma gəldi və dedi, filmlərə çəkilmək istəyirsən? Qorxdum və dərhal evə qaçdım. Sonradan bu adamın Memduh Ün olduğunu öyrəndim”. 

Türkan gözəl qadın olsa da, sevgidə bəxti o qədər də gətirmir. 20 il “Qalatasaray”ın keçmiş vitse-prezidenti Rüçhan Adlı ilə münasibətdə olur. Bu cütlük film çəkilişində tanış olub. Rüçhan Şoraydan düz 23 yaş böyük idi.

Türkiyədə Türkan Şoraya niyə sultan deyilir?

Rüçhan Adlı Şoraya göndərdiyi çiçək buketlərinə qoyduğu kartlarda və qeydlərdə həmişə “sultanım” yazırmış. Türkan Şoray Türk kinosunun və xalqının sultanı olmağa başlayır. Türkan Şoray Rüçhandan ayrılır. Səbəb isə onun birinci ailəsindən boşanmaması olur. Ancaq ürəyində balaca da olsa sevgisini daşıyan aktrisa 1995-ci ilin avqustunda xəstəxanaya yerləşdirilən Adlını son anlarınadək tək qoymur.

1983-cü ildə aktyor Cihan Ünalla evlənir. 1987-ci ildə ayrılır və bu evlilikdən Yağmur adlı qızı dünyaya gəlir.

Türk filmlərinin sultanı rejissor Lütfi Akadla uzun illər birlikdə çalışır. “Lütfi Akad mənim möcüzə rejissorumdur” deyir. O, mənə deyirdi ki, sənin gözlərin gözəldir və sən gözlərinlə oynamalısan.

Hə, Türkiyənin sultanı Türkan Şoray ilə bağlı çox danışmaq olar. Onun gözəlliyi, sənəti hər zaman bizim ürəyimizdədir.

Atası Naxçıvanlı olan Türk Kinosunun Sultanı Türkan Şoray – XÜSUSİ REPORTAJ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir