Qaraçılarla Bağlı Bilmədiklərimiz: Qoca Qız və Uşaq Oğruları

Qaraçılar – bu öz adətləri və fərqli özəllikləri ilə seçilən romanlara verilən bir addır. Başqa çür geyimləri, ənənə və mədəniyyətləri ilə fərqlənən bu xalqı heç vaxt anlaya bilməmişik.

Qaraçıların adət-ənənələri ilə bağlı bilmədiyimiz bir yandan vəhşi, bir yandan isə maraqlı faktları araşdırdıq.

Qaraçı Qızlar Ailə Həyatına Çox Tez Başlayır

Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa, subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız “qoca qız” sayılır.

Gəlin üçün Kiloqramla Qızıl

Qaraçı ailələrində toy günü çox maraqlı olur. Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur.

Ailənin Yaşlı Qadınları

Qaraçı ailəsi üçün toy günü qızın bakirə olması önəmlidir. Həmin gün ailənin yaşlı qadınları qızın bakirə olub-olmadığını yerindəcə öyrənmək üçün gəlin otağında gizlənir. Daha sonra qanlı mələfə sinidə bütün qonaqlara göstərilir.

Qadağa

Qaraçı qız, ya da oğlan başqa millətdən olan biri ilə heç zaman ailə qura bilməz. Bu qadağandır.

Qaraçılar Uşaq Oğurlayırlar

Qaraçı ailəsində oğlan uşağına daha yüksək dəyər verilir. Hər ailədə heç olmazsa, bir oğlan olmalıdır. Ailənin oğlan uşağı olmadıqda, onlar övladlığa uşaq götürürlər. Övladlığa götürülən uşağın hansı millətdən olmasının fərqi yoxdur: başqa millətdən də olsa, oğlan uşağı götürürlər. Müxtəlif vaxtlarda qaraçıların uşaq oğurlaması ilə bağlı yayılan miflər də buradan qaynaqlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir