Ginekoloji İltihabi Xəstəliklərin Səbəbləri və İlkin Əlamətlər

Səbəblər və İlkin Əlamətlər

İltihabi xəstəliklər adı altında qadın cinsiyyət sisteminin müxtəlif nahiyyələrində (uşaqlıq, yumurtalıq, uşaqlıq boruları və b.) olan iltihabi proseslər nəzərdə tutulur. Bəzən iltihabi proses bir deyil, eyni zamanda bir neçə nahiyyəni əhatə edir.
Cinsi orqanların iltihabi xəstəlikləri ginekoloji xəstəliklər içərisində daha çox rast gələnlərdəndir.
Bu xəstəliklərə xüsusi diqqət yetirmək lazımdır. Çünki əhəmiyyət ondan ibarətdir ki, bunlar birbaşa reproduktiv sistemə təsir edirlər. İltihabi xəstəliklər sonsuzluğun, menstrual tsiklin və cinsi funksiyanın pozulmasının, endometriozun və s. nin əsas səbəblərindən hesab edilirlər. İltihabi proseslər nəinki bakterial eləcə də zöhrəvi xəstəliklərin nəticəsində meydana çıxırlar.
Daha çox yayılmış iltihabi xəstəliklərə aşağıdakılar aiddir : uşaqlıq yolu disbakteriozu, qardnerelloz, vaginit, kandidoz, xlamidioz, trixomoniaz və s. Bu xəstəliklər vaxtlı – vaxtında müalicə almadıqda ciddi ağırlaşmalara o cümlədən sonsuzluğa, uşaqlıqdankənar hamiləliyə və xroniki ağrılara səbəb ola bilər.
Qadın cinsiyyət orqanlarında iltihabi prosesin səbəbləri:
Qadın sağlamlığı cox incə məhfumdur. Belə ki, ətraf mühitin ekoloji təsviri, psixoloji vəziyyət, dərman preparatlarının kontrolsuz təyini (əsasən də antibiotiklərin) qadın sağlamlığını risq altına qoyur. Bununla əlaqədər olaraq normal mikroflora da təzyiq altında qalır, patogenlik xüsusiyyəti əldə edir və onun “təmsilçiləri” bir çox xəstəliklərin törədicilərinə çevrilirlər. Cinsi orqanların müadfiə sistemləri isə zəifləyərək uregenital infeksiyaların hücumuna məruz qalırlar.
İltihabi xəstəliklərin inkişafına çox faktorlar təsir edir: infeksiyalar, soyuğun təsiri, abortlar, operativ və yaxud da diaqnostik məqsədlə aparılan manipulyasiyalar, cinsi həyatta gigiyena qaydalarına riayət etməmək, antibiotiklərlə qeyri adekvat müalicə və s. Eləcə də uşaqlıqdaxili spirallar iltihabi xəstəliklər risqini 4-5 dəfəyədək artırmış olurlar. Bu göstərici düzgün istifadə olunmayan uşaqlıqyoludaxili tamponların istifadəsinə də aiddir.
İltihabi prosesin səbələrindən biri kimi cərrahi müdaxilələr zamanı toxuma zədələnmələrini də göstərmək olar. Bu halda oksidləşmə-bərpa potensialı aşağı düşərək şərti-patogen floranın yayılması üçün şərait yaranır.
İltihabi xəstəliklərin klassifikasiyası:
Əmələgəlmə vaxtı və prosesin vəziyyətindən asılı olaraq xəstəlikləri kəskin və xroniki dövrə bölürlər. O cümlədən patoloji prosesin lokalizasiyası və törədicinin növündən asılı olaraq da klassifikasiya edilir (bakterial, virus, göbələk, ibtidai və s. ). Xüsusi qrup da var ki, bura da doğuşdan sonrakı, abortdan sonrakı və əməliyyatdan sonrakı iltihabi xəstəliklər aiddir.

Lokalizasiyasına Əsasən Ginekoloji İltihabi Xəstəliklərin Klassifikasiyası

Daha çox yayılmış ginekoloji iltihabi xəstəliklərə aiddir:

  • Vulvit

Vulvanın iltihabı (xarici cinsiyyət üzvlərinin)

  • Vulvovaginit

Vulva və uşaqlıq yolunun eyni zamanda iltihabi

  • Bartolinit

Bartolli vəzilərinin iltihabı

  • Kolpit və ya vaginit

Uşaqlıq yolunun selikli qişasının iltihabı

  • Metroendometrit

Xüsusilə abort və ya doğuşdan sonra uşaqlığın iltihabi

  • Salpingit

Uşaqlıq borularının iltihabı

  • Salpinqooforit

Uşaqlıq, yumurtalıq və boruların iltihabı (Воспаление придатков матки —яичника и маточной трубы)

  • Endometrit

Uşaqlıq boşluğu selikli qişasının iltihabı

  • Endoservisit

Uşaqlıq boynunun selikli qişanın iltihabı

Bir qayda olaraq iltihabi xəstəliyin adı lokalizasiya olunduğu sahəni əhatə edən orqanın yunan yaxud da latınca adına “it” və “oz” sonluğu (bu sonluqlar iltihabi prosesi göstərirlər) əlavə etməklə adlandırılır.

Spesifik və qeyri spesifik iltihabi proseslər.

Qeyd etdiyimiz kimi, qadın cinsi orqanlarındakı iltihabın əsas səbəbi infeksiyadır. Törədicinin xarakterindən asılı olaraq xəstəliklər, spesifik və qeyri spesifik olmaqla iki qrupa bölünür. Spesifik iltihabi prosesləri cinsi yolla ötürülən infeksiyalar törədir (qonokokk, trixomonada, solğun treponema, xlamidiya, mikoplazmalar, ureaplazma və b.). Bəzən bu sıraya qardnerella da aid edilir. Bir neçə törədicinin eyni orqanda eyni zamanda iltihabi reaksiya törətməsi də məlunmdur.

Qeyri spesifik iltihabi reaksiyanı isə şərti-patogen mikroorqanizmlər törədirlər (yəni yalnız müəyyən əlverişli şəraitdə patogenlik xüsusiyyəti əldə edənlər). Bunlara qardnerella (qardnerelloz, bakterial vaginoz), Kandida cinsinnən olan göbələklər (kandidoz), bağırsaq çöplər, enterokokklar, stafilokokla, streptokoklar, proteylər və b. aiddir.

Prinsipcə spesifik və qeyri spesifik iltihabi xəstəliklərin simptomları arasında ciddi fərq ayırd edilmir. Fərq yalnız ondan ibarətdir ki, törədici cinsi yolla yoluxan infeksiyadısa hər iki cinsi partnyor müalicə almalıdır.

Törədicinin isə növünü yalnız laborator müayinə üsulları ilə ayırd etmək olar. Müayinənin metodunu isə yalnız həkim təyin etməlidir. Bu günkü gün 100% doğru nəticə əldə etmək üçün metodlar vardır. Bu metodla içində PZR (polimeraz zəncirvari reaksiya) həssaslığı və dəqiqliyi ilə seçilir.

Törədicinin növündən və xəstəliyin spesifikliyindən asılı olmayaraq bütün iltihabi xəstəliklər müalicə olunmalıdır. Əgər iltihabi proses xəstəni narahat etmirsə və xüsusi şikayət və diskomfort yoxdursa da prosesin qarşısı alınmalıdır.

Ginekoloji iltihabi proseslərin simptomları:

Əsas simptomlar aşağıdakılardır:

Uşaqlıq yolundan daim ifrazatın gəlməsi;

Cinsi orqanlarda qaşınma;

İfrazatın pis qoxulu olması;

Sidik ifrazatı zamanı diskomfort, göynəmə və ağrı;

Cinsi akt zamanı ağrı

Bəzən qarnın aşağı hissələrində ağrılar olur, bu isə çox zaman hərarət, ürəkbulanma ilə də müşayət olunur. İltihablaşmış orqanın normal funksiyası pozulur. Hərarət qalxır, qanın kliniki analizində leykositoz və EÇS-in sürətlənməsi qeyd olunur.

2 thoughts on “Ginekoloji İltihabi Xəstəliklərin Səbəbləri və İlkin Əlamətlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir