8 Mart-Beynəlxalq Qadınlar Gününün Yaranması Haqqında

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bəs bu günlə bağlı nələri bilirik? Nə üçün başqa bir gün yox, məhs bu gün qadınlar günü olaraq qeyd olunur? 8 mart gününün beynəlxaq qadınlar günü kimi keçirilməsinin səbəbləri və tarixi haqqında nələri bilirik?

Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi keçirilməsinə nail olub.

1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı müstəqil Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Azərbaycanda ölkə əhalisinin toplam sayının 50,1 faizi, ya da 4 milyon 999,1 min nəfəri qadınlardır. 

Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb çağların sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından öncə səsvermə hüququ əldə etməsi, elm, mədəniyyət və başqa sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu çalışmaları, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu doğruldur.

One thought on “8 Mart-Beynəlxalq Qadınlar Gününün Yaranması Haqqında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir