Xanım Nə Üçün Kişinin Sözünü Dinləməlidir!?

Əlbəttə ki, hər bir qadın deyəcək ki, ən güclü və ən ağıllı kişinin söylədiyini etməyə hazırdır. İtaətkar olmaq üçün qadın bütün həyatı boyu o kişini gözləyə bilər. Amma beləcə başqasını gözləməkdənsə hər şeyi özümüzdən başlasaq və ətrafdakıları dəyişməklə istəyimizə çata bilərik.

Öz kişilərinizə – ata, ər və oğullarınıza güvənin və onların sözünü dinləyin! Beləcə bir çox ailə münaqişələrinin qarşısı alınar, kişilərinizdə özünə inam və məsuliyyətlilik artar, siz isə özünüzü daha incə və güvənli hiss edərsiniz.

Əslində isə, itaət – hər bir qadının könüllü seçimidir!

Xanımların öz ərlərini dinləməsi nə verir?

Həyat yoldaşı itaətkar olan kişilər uğur qazanmağa – işində status, yoldaşlarının sayğısını, maddi qazanclar əldə etməyə başlayır!Düşmənçilik, nifrət və qul kimi, kor-koranə deyil, asanlıqla və güvənərək. Bu, doğurdan da nigahı güclü saxlayan ən mühüm qaydalardan biridir.İtaət – Bu kişiyə sayğı və sevgini göstərməyin ən güclü yoludur.Mən ərə getdikdən sonra ərimin yoldaşları bizə qonaq gəlməyə başladı və mən həmişə onun dediklərinə qulaq asır, yerinə yetirirdim. Deyirdi ki, “Yuliya, bizə çay gətir”, gətirirdim və deyəndə ki, “Bizə indi bir şey lazım deyil” mən başa düşürdüm ki, kişi söhbətləri üçün sakitçə oradan uzaqlaşmaq lazımdır. Zamanla, mən gördüm ki, ərimin statusu dostlarının gözündə böyüdü, onlar ona daha çox hörmət etməyə başladılar. Mən tezliklə bunu sakit ürəklə edən və ərlərini dinləməyə başlayan bir çox passientlərimin həyatında gördüm – artıq möcüzə gözləməyə dəyər.

Bir adama arvadı qulaq asırsa – onun özünə və öz gücünə inam hissi artır. Həmkarları da hörmət etməyə başlayır.Bir çox qadınlar “Mən ərimə yüksəlməsi üçün necə kömək edə bilərəm?” sualını verir. Cavab çox sadədir, “ona qulaq asın!” Bir kişi üçün, bu çox vacibdir.Beləcə mənim düşüncəmə görə, kişilər evlənərkən xanımların itaətkar, səliqəli və sakit olma xarakterlərinə üstünlük verməlidirlər.

“Əgər mənim ərim qulaq asılacaq birisi deyilsə, onda…?”

Qadınlar kişilərin məsuliyyətsizliyi və iradəsinin olmamasından şikayət edir, ancaq bu keyfiyyətləri inkişaf etdirmək üçün onlara imkan vermir. Adətən, kişi iki və ya üç səhv etdikdən sonra qadın qərarların qəbul edilməsində özünü də önəmli sayır, kişinin səhvlərinin qarşısını almaq üçün ortaq qərarlar tələb edir. Ancaq kişiyə səhvlər, təcrübələr lazımdır! Uşaqlıqda oğlanlara anası arxa olur, səhv qərarlar qəbul etməsinin qarşısını alır. Böyüdükdən və evləndikdən sonra da bu görəvi həyat yoldaşı öz üzərinə götürür. Siz itaətkar olmalı və bütün məsuliyyəti və bu çalışmaları ərinizə saxlamalısınız, yalnız belə olarsa o böyüyər və çətinliklərdən qaçmaq yerinə cavabdehliyi öz üzərinə götürər. Bu bacarıq kişilərdə anadangəlmə deyil, təcrübə ilə gəlir. Onlar qadınlar kimi anadangəlmə tam keyfiyyətləri ilə başlamırlar, və görəvləri qorumaq deyil. Kişilər qadınlardan fərqli olaraq səhv və uğursuzluqlardan öyrənir və yeni-yeni bacarıqlarını üzə çıxarırlar. Ərinizə səhv etmək üçün bir şans verin və o təcrübə qazanaraq daha da güclü olacaqdır.

Hansı hisslərlə əri dinləmək lazımdır?

Hərdən qadın kişinin “ağzına baxır” və onun sevgisini qazanmaq üçün sanki bir qul kimi (adətən hətta həyat yoldaşı olmur) gözündə yaxşı olmağa çalışır. Belə olarsa nə o qadına hörmət olacaq, nə də ki, kişidə məsuliyyət inkişaf edəcək, əksinə narazılıqlar gündən-günə artacaqdır.İtaətkarlığı ağılla etmək lazımdır və bu zaman özünüzü bir xanım kimi hiss etməlisiniz, çünki dinləmək, itaət etmək qadının öz seçimi və vəzifələrindən biridir.

Dinləmə təcrübəsi

İtaətkalıq təcrübəsi əsasən kişi xarakterləri çox olan, şəxsi münasibətləri yolunda olmayan və ya zəif kişiləri olan qadınlara lazımdır. Biz dinləməyə başlayarkən təbiətdən verilmiş görəvi yerinə yetirmiş oluruq və bu zaman kişilərin şəxsi keyfiyyətlərini yüksəltmələri üçün zəmin yaradırıq.

Yoxlama üçün 10 günlük təcrübədən keçə bilərsiniz. Evli qadınlar üçün bu ərləri, ata və oğulları, tənha qadınlar üçün ətrafındakı bütün kişilər ola bilər. Yoldaşınız bir söz dedisə heç bir gözlətmə, etiraz və şübhə olmadan onun dediyinə etməyə başlayın.

Əvvəllər bu çətin ola bilər, ona görə də günün əvvəlindən özünüzü buna hazırlaşdırın. Kişi sevinməyə başlayacaq və hətta söz atmacaları olacaq ki, nə oldu sənə?! Önəmli olan təslim olmadan sakitliyi qorumaqdır: “İndi başa düşdüm ki, sən çox məsələdə haqlısan, mən gərək əvvəldən həmişə səni dinləyəydim.”

Əgər kişinin dediyi sizə tamamilə xoş deyilsə, bu zaman bunu da bildirmək olar: “Mənim bundan heç xoşum gəlmir, ancaq sən deyirsənsə qoy belə də olsun”. Beləliklə bütün cavabdehlik onun üzərinə düşəcək və bir neçə gün sonra o artıq daha düzgün qərarlar verməyə başlayacaq.

Sonda mən qadınlarımıza səslənmək istəyirəm ki, öz kişilərinizin – atanızın, oğlunuzun və ərinizin sözünü dinləyin! Onlara özlərini inkişaf etdirmək üçün sahə yaradın. Qoyun beləcə onlar səhvlər etsinlər, həyatdan cızıq və yaralar alsınlar. Bu onları silkələyəcək və beləliklə onlar daha da möhkəm və kişi kimi olacaq, özlərinində məsuliyyət hiss edəcəklər. Siz onlar üçün daha da irəliyə addımlamaq üçün bir körpü olacaqsınız. Özünüz isə sakitləşə, hər şeyə görə narahat olmamağa başlayacaqsınız. Bu sizin ailənizi qorumaq və sizə xanımlıq duyğularını qaytarmaq üçün yoxlanılmış yollardan birincisidir.

Qaynaq: econet.ru (Yuliya Sudakova)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir