Üz Maskaları Necə Tətbiq Olunur?

İki tip üz maskası var: Biri gil, o biri isə kaolindir. Bu torpaq maskalardan plomb maddəsi kimi istifadə edilir. Əmici bir torpaq olan gil ayaq pudrası və quru şampun kimi də faydalıdır. Mayonez və ya krem ​​qatılığında hazırlanan maskalar üzə çəkildikdən sonra ən az 15-20 dəqiqə kürək üstü uzanıb gözlənilməlidir. Daha sonra ilıq su ilə, ya da dərinin cinsinə uyğun bitki mənşəli bir losyonla üz yuyulur. Dəri qurudursa, üz qurudulduqdan sonra uyğun krem ​​çəkilir. Dərisi yağlı olanların üzlərinə 1-2 saat heç bir şey çəkməməsi daha doğru olar. Dəriyə nüfuz edə bilməsi üçün bəzi gözəllik maskalarını üzə barmaq ucları ilə yüngül masaj edərək yeridilməsi lazımdır. Ümumi qayda olaraq, maskalar göz qapaqlarına və göz altlarına qətiyyən çəkilmir. Kremlərdə, südlərdə, losyonlarda olduğu kimi, maskalar da tək-üzə deyil, boyuna da tətbiq olunmalıdır. Maskanı, təmizlənmiş dəriyə tətbiq etməyi unutmayın.

Təbii Maskalar

Heç olmasa həftədə bir günü özünüzə ayırın. Həm istirahət edin, həm də gözəlləşin. Telefonu çıxarın. Ən sevdiyiniz mahnını dinləyin. Divanda uzanıb başınızdakı bütün düşüncələri silib özünüzü musiqinin ritminə buraxın. Siz rahat olduqca və içinizdəki stressi atdıqca dəriniz də rahat nəfəs almağa başlayacaq. Dəriniz artıq qidalanmağa hazırdır. Mətbəxə gedin və soyuducunun qapısını açın. Dəri tipinizə uyğun, ya da dəri problemlərinizə çarə olacaq vəsaiti götürüb maskanı hazırlayın.
Təbii maskalar, dərini nəmləndirir, təzələyir və qırışları aradan qaldırır. Ehtiva etdikləri maddələrə görə dəridəki funksiyaları da dəyişir. Bəziləri yağlı dərilərə, bəziləri quru dərilərə nəm qazandırır. Lakin dəri tipinizə uyğun olmayan maskalar dəriyə zərər verə bilər.

Misal Üçün: Quru dəriniz varsa, limon və qreyfrut kimi sitrus bitkiləridən uzaq durmaqda fayda var. Özəlliklə çirkli hava, sərt küləklər və siqaret tüstüsünə məruz qalan dəriyə maska ​​tətbiq etmək çox faydalıdır. Maskanı dərinizin vəziyyətinə görə həftədə 1 və ya 15 gündən 1 tətbiq edə bilərsiniz.
Meyvə, tərəvəz və yumurta kimi qidalardan ibarət maskaları evdə hazırlamaq həm çox asandır, həm də çox vaxt almır, üstəlik sərfəlidir.

Maskanı Necə Çəkməli?

Öncə dəri tipinizi seçin. Dərinizə uyğun meyvə və tərəvəzləri seçin. Yarpaqlı tərəvəzləri qaynar suda 3 dəqiqə gözlədib süzün. Soyuduqdan sonra dərinizin üzərinə yerləşdirib, digər tərəvəzləri pürə halına gətirin. Axmayacaq konsistensiyaya gəldikdən sonra maska hazır olur. Maskanı sürtmədən əvvəl dərinizi təmizləyin. Bunun üçün bir parça pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra isə ilıq suyla yuyub dəsmalla qurulayın.

Maskanı göz və dodaq ətrafı xaric bütün üzünüzə qalın bir təbəqə halında çəkin. Bir yerə uzanıb başınızdakı düşüncələri boşaldın. Maskanı təmizləmək üçün ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və dəsmalla qurulayın.

Üz Maskaları Necə Tətbiq olunur
Üz Maskaları Necə Tətbiq olunur

1. Yumurta Maskası

İki ovuc buğdanı, iki stəkan suda əzin. İki yumurta sarısı və bir şorba qaşığı badam yağı qoyun. Üzə çəkin və qurumasını gözləyin. Quruduqdan sonra yuyun və gül suyu ilə silin.

Təsiri: Qırmızı ləkələri və sızanaqları dərindən təmizləyir. Səhər və axşam gündə iki dəfə tətbiq edin. Bu maska ​​şampun kimi də istifadə edilir və saçların parlamasını mükəmməl şəkildə təmin edər.

2. Çiyələk Maskası

Bir ovuc təzə çiyələk əzilib, un ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpılır, krem ​​halına gətirilir.

Təsiri: Quru dərilər üçün qidalandırıcı təsiri olan bu maska ​​20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur. Çiyələk maskası özəlliklə gözaltılarındakı qırışların azalmasında önəmli rol oynayır.

3. Qara Nöqtələr Üçün Maska

Bu maska ​​üçün yalnız limon suyu və qatıq lazımdır. Öncə bir kasa qatığa bir limonun suyunu qarışdırın. Qarışığı gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqə gözləyin. Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini qidalandırır, nəmləndirir və dəridəki yağ miqdarını tarazlayır. Bu maskanı həftədə bir dəfə üzünüzə tətbiq edə bilərsiniz.

4. Sızanaq Maskası

Sızanaq maskası üçün səkkiz ədəd gül kələm yarpağını, iki qaşıq zeytunyağı ilə mikserdən keçirmək kifayətdir. Hazırladığınız qarışığı, sızanaqlı bölgəyə çəkin. 10 dəqiqə gözlədikdən sonra, üzünüzü ilıq su ilə təmizləyin. Gül kələm yarpaqlarının təmizləyici xüsusiyyəti var. Bu maskanı üzünüzə həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz.

5. Nəmləndirici Maska

Yumurta sarısı, süd. Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın, üzərini incə bir tənziflə örtərək 15 dəqiqə gözləyin. Sonra kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla üzünüzü yuyun. Quru və nəmsiz bir dəriniz varsa, bu maska ​​sizin üçün əla vasitədir. İçində olan yumurta sarısı dərini qidalandırır, süd nəmləndirib sıxışdıracaq və dəriyə yumşaqlıq verəcək. Həftədə bir dəfə tətbiq etmək kifayətdir.

Xoşa gələn atmosfer: Üzə və bədənə qulluq seansı, gözəl atmosfer olarsa, daha çox effekt göstərər. Vanna otağı bunun üçün ən məqsədə uyğun atmosferdir. Misal üçün vanna otağınızda aroma şamlar yandırın və sizi sakitləşdirən həzin bir musiqi qurun.

Prosedurlar arası bir az ara verib, meyvəli çay için. Prosedur zamanı lazım olan şeyləri yanınızda qoyun! 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir