Soya Südü Nədir? Soya Südünün Faydaları və Zərərləri Haqqında

Bu gün sizinlə son zamanların ən çox diqqət çəkən bitkilərdən olan soya bitkisi haqqında söhbət açacağıq. Soya bitkisindən soya südü alınır.

Bəs bu soya südü nədir, necə hazırlanır, zərərləri və faydaları nələrdir?

Soya südü soya lobyasından alınan və həqiqətdə süd sayılmayan bir içki növüdür. Soya südü qida dəyəri baxımından inək südünə yaxın olduğu üçün onun əvəzləyicisi kimi süd olaraq adlandırılır.

Sadə soya südü protein baxımından çox zəngindir. Adi inək südünə nəzərən lif daha çoxdur. Vitamin B və dəmir qaynağıdır. İnək südündən daha yağlıdır. Bu yağlar orqanizmə zərərli deyil əksinə xolestreol səviyyəsini aşağı salır.

Soya südünün faydaları nələrdir?

  • Qadınlarda döş xərçəngi riskini azaldır.
  • Tərkibində quliten və laktoza olmadığı üçün rahat həzm olunur.
  • Protein mənbəyidir.
  • Qadınlarda menopozdan sonra meydana gələn semptonların azalmasına təsir göstərir.
  • Mütəmadi istifadə zamanı bölgəsəl yağlanmaları azaldır.

Soya südünün zərərləri nələrdir

  • Tiroid probleminə yol açır.
  • Vitamin və mineral əskikliyi yaradir
  • Hamilə və süd verən qadınlara məsləhət görülmür.
  • Qalxanabənzər vəzdə problemi olan insanların istifadə etməsi doğru deyil.

Soya südünün hazırlanma qaydası

TƏRKİBİ:
1 st – soya
5,5 st – su
2,5 x.q – əsmər şəkər
0,5 ç.q – duz

İlk olaraq soyanı dərin bir qaba əlavə edib üzərinə 3-4 barmaq gələcək qədər su töküb 8-10 saat şişməsini gözləyirik. Bu müddət uzun olarsa soyuducuda saxlamaq məsləhət görülür. Otaq temperaturunda qaldıqda dadı dəyişir. Soyuducuda bir gün saxlayırıq səhəri gün soyaları süzgəc vasitəsi ilə alırıq. Soyanın üst qabığını mümkün olduqca təmizləmək lazımdır. Qabıqları əlimizlə ovuşduraraq təmizləmək olar. Qabığı tam təmizlənmədiyi halda südün dadı xoşagəlməz olur. Bu səbəbdən soyaları qabıqdan ayırmaq məsləhət görülür. Bunun üçün ovduğumuz soyaların üstünə su alırıq. Qabıqlar yüngül olduğu üçün suyun üzərinə qalxır. Süzərək qabıqları atırıq.

Təmizlənmiş soya lobyalarını blenderə qoyub üzərinə 2 st su əlavə edib püre halına gətiririk. Sonra alınan məhlulu tənziflə süzürük üzərinə 2,5 əsmər şəkəri və 0,5 ç.q qaya duzunu əlavə edib qaynadırıq. Beləliklə soya südümüz hazırdır.

Südə alergiyası olanlar soya südünü rahatlıqla istifadə edə bilərlər.

Günlük qida miqdarı 100 ml-dən çox olmamalıdır!

One thought on “Soya Südü Nədir? Soya Südünün Faydaları və Zərərləri Haqqında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir