Rokki Pilləkanı: Silvestr Stallonenin Uğur Saatı

Filadelfiyada (ABŞ-ın Pensilvaniya ştatı) çox məşhur bir pilləkan var. Bu İncəsənət Muzeyinə aparan pilləkandır. Filadelfiya İncəsənət Muzeyi tanınmış rəssamların əsərlərinin sərgiləndiyi tanınmış muzeydir. Ancaq ona doğru aparan pilləkan özündən də məşhur ad qazanmışdır: “Rokki pilləkanı”. Bu pilləkan 1976-cı ildə “Rokki” adlı filmdən sonra insanlar üçün uğur ikonuna çevrilmişdir. Filmin qəhrəmanı Rokki Balboanın həmin pilləkanla qalxması – uduzan insanın qalibə çevrilməsi simvolu yaratmışdır. Bu simvol – İnsanın öz üzərində qələbəsi simvoludur.

Bu gün də insanlar həmin pilləkanla qalxaraq Rokkinin uğurunu təkrarlamaq istəyirlər.

1 milyon dollar büdcə ilə çəkilmiş “Rokki” filmi 1976-cı ildə 225 milyon dollar gəlir gətirmiş və bütün dünyada ən məşhur film olmuşdur. Həmin film 3 Oskar mükafatına layiq görülmüş və 30 yaşlı Silvestr Stalloneyə dünya şöhrəti gətirmişdir.

Bəs bu uğura doğru aparan yol Stalloneyə asan başa gəlmişdimi?

Silvestr Stallone – anadangəlmə travma ilə – üzünün sol tərəfi iflic, səs tellərinin zədələnməsi ilə –  doğulmuşdu. Atası italyan emiqrantı – onu internat məktəbinə vermişdi. Ancaq  5 yaşında valideynlərinin boşanmasından və anasının ikinci dəfə ailə qurduqdan sonra evə qayıtmışdır. Gözlərinin bir qədər çəpliyi, irəliyə çıxan yuxarı dodağı və “dəhşətli” italyan aksenti ilə onu küçədəki həmyaşıdları arasında  xoşagəlməz hadisələr gözləyiridi. Stallone küçə dilini tez öyrəndi: ”Hər kəs özü üçün”.

Həkimlər anasına Silvestri əqli cəhətdən geri qalmış uşaqlar üçün olan xüsusi məktəbə verməyini tövsiyyə etsələr də, anası onu adi məktəbə verir. Beləliklə də Silvestr dərslərini çatdırmaması və xuliqanlığa görə 10-15 məktəb dəyişir və sonda çətin yeniyetmələr üçün kollecə düşür. Sinif yoldaşlarının fikrinə görə Silvestr mütləq ömrünü elektrik stulda başa vurmalı idi.

11 yaşında olarkən özünü 3 mərtəbəli evin damından atıb körpücük sümüyünü sındırmışdı. “Mən çox balaca idim, çoxlu filmlərə baxıb qəhrəman olmaq istəyirdim, sadəcə çətiri götürüb açdım və tullandım ki, uçum. Yəqin bütün uşaqlar bunu arzulayır. Sonunda heç nə alınmadı. Atam evin yanında köşk tikirdi və mən su ilə dolu olan beton çuxura düşdüm. Atam məni orda görəndə anamı çağırdı və dedi: “Sən bu bədbəxt uşağa bax, o heç vaxt prezident olmayacaq! Sən axmaq uşaq doğmusan!” Mən başımı qaldırdım və dedim: ”Ata, Edison barəsində də belə deyirdilər.”

“Mənim anam həmişə mənə inanırdı və qabiliyyətli hesab edirdi. 16 yaşım olanda o məni Filadelfiyada məşhur Drexel institutuna apardı ki, mənə testlə yoxlasınlar. 3 günlük attestasiyadan sonra mənim anama dedilər: “Sizin oğlunuz ancaq sürücü və ya liftlər üzrə elektrik ola bilər.” 24 yaşında Silvestr Stallone zooparkda təmizləyici işləyirdi, heyvanların qəfəslərini təmizləyirdi. Daha sonra gecə klublarında nəzarətçi işləyib. Amma hər zaman öz xəyalı ilə yaşayırdı:”Mən aktyor olmaq istəyirəm!”. Lakin öz qəribə xarici görünüşü və nitq qüsuruna görə heç kim onu aktyorluğa götürmürdü. Gənc yaşından 300 studiya və hər studiyanı 4-5 dəfə gəzsə də, hamısı ona bir sözü deyirdi: “Ay oğlan, sən özünə bax! Sən çox gülünc görünürsən. Get, başqa işlə məşğul ol. Sənə bu peşədə heç vaxt yer olmayacaq, sən heç vaxt ulduz olmayacaqsan. Özün fikirləş, heç kim sənin kimi dodağının bir tərəfi ilə danışan adama nə baxar, nə də qulaq asar.”

Hər şey nəticəsiz idi. Onu heç ikinci dərəcəli rollara da götürmürdülər. Ancaq Silvestr Stallone təslim olmurdu. O hamıya əminliklə deyirdi ki, ancaq kinoya çəkilmək istəyir, başqa bir işlə məşğul olmaq istəmir.

30 yaşında Stallonenin nə evinin istiliyini ödəməyə, nə də yemək almağa pulu yox idi. Həyat yoldaşı, daima ondan narazılıq edirdi və onu uğursuz adlandırırdı, Stallonedən normal iş tapıb işləməsini xahiş edirdi.

Bir neçə vaxtdan sonra pulsuzluqdan Stallone həyat yoldaşının bəzək əşyalarını ondan soruşmamış götürür və satır. Bundan sonra Stallonenin həyat yoldaşı uşağı da götürüb, ondan ayrılır.

Sonralar jurnalistlər Stalonnedən soruşanda ki, “Niyə bəs siz kasıb yaşayır və özünüzə normal iş axtarmırdınız?” Silvestr Stallone belə cavab verir: ”Çünki mən bilirdim ki, əgər mən yaxşı iş tapsaydım, mən sakitləşəcəkdim və məni xəyalıma doğru aparacaq həmin o dəli aclığım olmayacaqdı.”

Bir neçə epizodik rollar oynayan, heç bir nəticə əldə etməyən Stallone qızınmaq üçün kitabxanaya gedir və orda təsadüfən Edqar Ponun kitabı ilə tanış olur. Həmin kitabı oxuyaraq ssenari yazmaq qərarına gəlir. Bir gün isə barların brinidə Məhəmməd Əli və Çak Vepnerin boks döyüşünə baxarkən ağ boksçunun zərbələrə əyilməyib necə əzmlə döyüşdüyünə heyran qalaraq ssenarisisi üçün ideya tapır. Beləliklə də uğursuz boksçu haqqında “Rokki” filmini yazır.

Bu film bir çox  studiyalara maraqlı gəlsə də Stallone baş rolu özü oynamaq istədiyini bildirəndə aktyora etiraz edirdilər. Həmin anda artıq Stallone tamam pulsuz olduğuna və itinə yemək ala bilmədiyinə görə zoo-mağazaya gedib, orda təsadüfən keçən oğlana öz sədaqətli dostunu satmağa məcbur olur.

Nəhayət, bir studiya ssenari ilə maraqlanır və Staloneyə 125 000 dollar təklif edir. Həmin anda Stallonenin cəmi 25 dolları olduğuna baxmayaraq, ancaq özü çəkiləcəyi halda ssenarini sata biləcəyini bildirir. Onda studiya 250 000 dollar, daha sonra 350 000 dollar təklif edir. Ancaq Stallone yenə baş rolu özü oynayacağını qətiyyətlə bildirir. Nəticədə studiya Stalloneyə 35 000 dollar və baş rolu verməyə məcbur olur. İlk böyük qonorarını götürüb itini satdığı dükanın qarşısında 3 gün iti alan oğlanı gözləyir və nəhayət ona rast gəlib sadiq dostunu alır. “Rokki” filmi Silvestr Stalloneyə başgicəlləndirici şöhrət ve Oskar mükafatı gətirir. Bu film prokatda 250 000 000 (iki yüz əlli milyon) dollar gəlir gətirir. Bundan sonra ardıcıl “Rokki 1, 2, 3, 4, 5, 6” filmləri, daha sonra isə “Rembo” filmləri çəkilir.

İndi Silvestr Stallone Yer kürəsində 5 yüksək qonorar alan aktyorlar sırasındadır.

Üz sinirlərinin zədələnməsi, buna görə başa düşülməyən nitq qüsuru və kədərli gözləri indi aktyorun vizit kartına çevrilmişdir.

Əslində Silvestr Stallonenin həyatı öz xəyalını gerçəyə çevirmək istəyən insanlar üçün bir nümunədir. Özünü sıfırdan yaradan insanın nümunəsi…

Əgər sizin də böyük xəyalınız varsa, mütləq bütün sərhədləri keçmək üçün gücünüz də var. İçinizdəki resursları görə bilərək, yolunuzdan dönməyərək irəliyə doğru addımlamaqla sabah siz də bir uğur nümunəsi ola bilərsiniz. 

HƏR BİRİNİZƏ MÖHTƏŞƏM UĞUR SAATI YAŞAMA DİLƏYİ İLƏ!

Rocky Balboa – Getting strong now

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir