Qadınlarda Estetik Ginekologiya və Profilaktikası

Özəlliklə orta yaşlı qadınlar mütləq oxusunlar! Çünki illər keçdikcə qadınlarda ginekoloji problemlər yaranmağa və artmağa başlayr. Patoloji əlamətlər ən çox da doğan qadınlarda və müəyyən yaşdan sonra meydana çıxmağa başlayır. 40 yaşından sonrakı dövrlərdə qadınların çoxunda kiçik çanaq orqanları diskomfort əmələ gətirməyə başlayır. Yaşlı qadınların əksəriyətində isə asqıranda, öskürəndə, ya da ağırlıq qaldıran zaman sidik buraxma meydana çıxır. Bu da kiçik çanaq üzvlərinin əzələlərində əmələ gələn zəifliklə bağlı olur. Yaş ötdükcə uşaqlığın və uşaqlıq yolunun tonusu da zəifləyir və xoşagəlməz əlamətlər meydana çıxır. Sidikburaxma isə öz növbəsində aralıq nahiyəsinin mikroflorasını korlayır və patogen mühit yaradır. Bu da öz növbəsində cinsi orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Qadın cinsi orqanlarında əmələ gələn xəstəliklər 30 % hallarda residiv verir. Yaş ötdükdə, immunitet azaldıqca ilə əlamətlər çoxalaraq qadınlarda diskomfortun artmasına gətirib çıxarır. Mütəxəssislər yaş artdıqca patoloji əlamətlərin çoxalmaması üçün qadınlara vaxtında ginekoloqa müraciət etməyi məsləhət bilir.

Qadınlarda ginekoloji xəstəliklərin başlıca giriş qapısı uşaqlıq yoludur. Əgər sizdə aşağıdakı əlamətlər varsa, o zaman mütləq ginekoloqun qəbuluna düşün. Bu əlamətlərə aşağıdakılar aiddir:

  • Sidiyə çıxma ilə əlaqəli problemlər
  • Gecələr tez-tez sidiyə çıxma
  • Cinsi əlaqə zamanı diskomfort və ağrı duyğusu
  • Kiçik çanaqda və uşaqlıq yolunda ağırlıq duyğusu
  • Uşaqlıq yolunda rahatsızlıq duyğusu
  • Bel hissədə ağrı və ya ağırlıq duyğusu
  • Uşaqlıq yolundan axıntının gəlməsi

Yuxarıdakı əlamətlərin olması aşağıdakı hallarda sizin risk altında olmağınızın göstəricisidir:

  • Çəkinin qəfil azalması
  • Onurğada ağırlıq duyğusunun olması
  • Genetik ginekologi xəstəliklərin olması
  • Menopauza, ya da postmenopauza dövrü
  • Doğuşun, ya da qeysəriyyə əməliyyatının başverməsi
  • Kiçik çanaq orqanlarında əməliyyatların olması

Qadının kiçik çanaq orqanları onun həyatı üçün çox önəmli əhəmiyyət daşıyır. Əgər patoloji əlamətlər varsa, o zaman kiçik çanağa özəl qaydalarla yanaşmaq gərəkdir. Kiçik çanaq orqanlarına infeksiyaların uşaqlıq yolundan düşdüyünü nəzərə alsaq, deməli ilk növbədə uşaqlıq yolu qorunmalıdır.

1. Qorumaq

Qadınlar cinsi orqanlarının mikroflorasını qorumalıdırlar. Bu işdə uşaqlıq yolundakı qialuronova turşusu kiçik və böyük çanaq orqanlarını qoruyur. Turşuluğun miqdarı az olduqda isə müxtəlif ineksiyalar vasitəsilə yerli immunitet artırılır və patologiya aradan qaldırılır.

2. Bərpa Eləmək

Doğuşdan, ya da ağır infeksiya xəstəliklərindən sonra uşaqlıq yolu zədələnmişsə və ya tamlığı pozulmuşsa, mütləq lazer müalicəsi ilə bərpa edilməlidir. Uşaqlıq yolu divarının güclənməsi istiqamətində aparılan müalicə metodları, ya da uşaqlığın diametrinin daralmasına ehtiyac varsa mütləq vaxtında bərpa olunmalıdır. Çünki uşaqlıq yolunda cırılma, ya da diametrinin enlənməsi varsa bu, uşaqlığın sallanmasına səbəb ola bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir