Qadınlar Kişilərdən Nə İstəyir? Sayğı, Sevgi və Əyləncə

Əslində qadınlar münasibətləri boyunca qarşı tətəfdən çox sadə şeylər gözləyirlər: başlıca olaraq, sayğı, sevgiəyləncə. Ancaq bunlar da qədərində olmalıdır. Bu dəfəki məqalədə sizə qadınların kişilərdə görmək istədikləri əsas cəhətlərlə bağlı məlumat verəcəyik.

Qadına Qarşı Sayğı

Bir qadının kişidən gözlədiyi ən başlıca davranış forması qarşı tərəfin ona olan sayğısıdır. Qarşınızdakı qadına onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirmək istəyirsinizsə, ən xırda nüanslarda onun fikrinə əhəmiyyət verdiyinizi hiss etdirin. Ən əsası isə heç bir zaman dostlarınızın və qohumlarınızın yanında onun qüruruna toxunacaq hərəkətlər etməyin, xoşagəlməz ifadələr işlətməyin.

Sürprizlər

Qadının kişidə görmək istədiyi başqa bir özəllik də onun sürprizsevər olmasıdır. Qadınlar onları heç düşünmədikləri vaxtda sevindirməyi bacaran kişiləri sevir, ancaq qadını sevindirmək üçün süprizlər üzərində uzun müddət düşünməyinizə gərək yoxdur. Bu ən xırda bir davranış: heç gözlənilməyən bir vaxtda alınan bir dəstə çiçək də ola bilər.

Ona Vaxt Ayırın

Qadınlar münasibət boyunca öz xoşbəxtliklərindən daha çox qarşı tərəfin xoşbəxtliyi üçün çalışırlar. Sizin onunla xoşbəxt olduğunuzu hiss etdirməyiniz qadının özünü xoşbəxt hiss etməsi üçün yetərlidir. Əvəzində isə siz də qarşınızdakı xanıma vaxt ayırmağı bacarmalısınız.

Tək Günahkar O Deyil

Bəzən əsəbiləşdiyimiz zaman yolunda getməyən işlərə görə günahı qarşı tərəfdə axtarırıq. Bu zaman isə bəzən əsəblərimizə hakim olmağı bacarmayıb sonradan peşman olacağımız sözlər işlədirik. Yadda saxlayın ki, qadınlar sizin kobud davranışlarınızı heç vaxt unutmurlar. Hətta sonradan hər şey qaydasına düşsə belə. Buna görə də yaxşı olar ki, bütün günahları qarşı tərəfdə axtarmazdan öncə öz səhvləriniz haqqında düşünəsiniz.

Romantik Sevgi

Şübhəsiz ki, romantika sevgi münasibətində qadının gözlədiyi ən önəmli şeydir. Gözəl dənizkənarı gəzinti, bir dəstə qızılgül, onun üçün mahnı oxumaq, hər dəfə onun üçün yeni ideyalar fikirləşmək. Bu sahədə nə qədər yaradıcı olsanız, onun gözündə də bir o qədər yüksəkdə olarsınız.

Mənim Gələcəyim, Yoxsa Bizim Gələcəyimiz?

Hər bir qadın sevdiyi kişi ilə uzun həyat yaşamağı planlaşdırır. Sizi bir qadına sevdirəcək başqa bir cəhət də gələcəklə bağlı danışarkən ikinizi birlikdə xəyal etməyinizdir. “Bizim evimiz, bizim ailəmiz, bizim gələcəyimiz” bir qadını ən çox xoşbəxt edən ifadələrdir.

Əyləncə

Qarşınızdakı qadın sizə nə qədər ciddi, işgüzar görünsə də, unutmayın ki, bütün qadınlar əyləncəli kişiləri sevir. Bütün gün ancaq iş haqqında fikirləşən, gününü ev-iş sxemi ətrafında quran kişi heç bir qadına maraqlı deyil!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir